Trampın açıqlamasına Putinin reaksiyası: Heç vaxt...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiya heç vaxt təmaslardan imtina etməyib. Bizim günahımız deyil ki, əvvəlki administrasiya bu təmaslardan imtina edib.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“ABŞ-ın indiki prezidenti ilə mənim istisnasız olaraq işgüzar, lakin eyni zamanda praqmatik və etibarlı münasibətlər olub. Mən onunla razılaşmaya bilmərəm ki, əgər 2020-ci ildə onun prezident seçkilərində qələbəsini oğramasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə yaranan böhran olmazdı. Baxmayaraq ki, Tramp ilk prezidentiliyi dövründə Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq etmişdi. Mən bu qərarın ABŞ-ın maraqlarına uyğun olduğunu düşünmürəm. Bayden də həmin estafet çubuğunu ələ keçirib, daha çox sanksiyalar tətbiq etdi. Nəticə də bəllidir. Həmin qərarların bir çox ABŞ-ın öz iqtisadiyyatına zərər verir”, - Putin qeyd edib.
Baxış sayı:122
Bu xəbər 24 Yanvar 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















