Icma.az
close
up
RU
Trampın ağır artilleriyası : Putin edam edilməlidir

Trampın ağır artilleriyası : Putin edam edilməlidir

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Respublikaçıların ağır toplarından biri, Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker (Roger Wicker) Trampın mövqeyi ilə razılaşmayıb.
“Ukrayna ilə bağlı danışıqlarda Putinə güvənmək olarmı” sualına Uiker belə cavab verib: “Xeyr. Putin hərbi canidir və beynəlxalq hüququn bütün normalarını pozub. O, ittiham olunmalı, məhkəməyə verilib həbsə atılmalı, hətta edam edilməlidir”. R.Uiker respublikaçıların ənənəvi, reyqanist qanadının təmsilçisidir. Lakin partiya xeyli vaxtdır bu xətdən uzaqlaşaraq ultrasağçı radikalların nəzarətinə keçib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu, içərisində rasizm, neofaşizm elementlərini də ehtiva edən, rednek kültürünün mühüm rola sahib olduğu, dünyaya konspiroloji baxış bucağından yanaşan, beynəlxalq əlaqələrdə özünütəcrid tərəfdarı olan cərəyandır:

Şahin Cəfərli

“Bunlar artıq respublikaçıların meynstrimidir, tradisionalistlər isə yalnız Konqresdə mövqelərini müəyyən dərəcədə qorumaqla sosial dayaqlarını itirərək marjinallaşıb. Qeyd etmək zəruridir ki, respublikaçıların radikallaşmasında demokratların sosializmə, ifrat sol liberalizmə doğru tədrici transformasiyası da rol oynayır. Fizikanın “təsir əks təsirə bərabərdir” qanunu işə düşüb. Demokratların azlıq (cinsi və digər) hüquqlarına həddən artıq aludə olması və bunu təşviq edən siyasəti, çoxlu sayda miqrantların ölkəyə qəbulu və cəmiyyətə inteqrasiyasına niyyətli olmaları ABŞ toplumundakı ağ mühafizəkarları azalmaqda olan demoqrafik ağırlıqlarını və ənənəvi dəyərləri qoruyub saxlamaq naminə müdafiə mexanizmləri qurub inkişaf etdirməyə sövq edir.

ABŞ hazırda vətəndaş müharibəsi dövründəkindən daha kəskin şəkildə qütbləşmiş bir ölkədir. ABŞ içərisində 2 ABŞ var. Yeni bir vətəndaş qarşıdurmasını əngəlləyən əsas faktor hər iki düşərgədən olan insanların demokratik üsullarla öz hüquqlarını təmin edib, federal hakimiyyətin başına öz nümayəndələrini gətirmək imkanlarının davam etdiyinə olan inamlarının hələ itməməsidir.
ABŞ yalnız hər iki partiyada mərkəzçi mötədillərin silkələnərək təkrar özünə gəlməsi nəticəsində normallaşa bilər – əgər belə bir şans və ehtimal qalıbsa”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri