Icma.az
close
up
RU
Trampın ailəsinin gəliri digər ABŞ prezidentlərinin qazancını üstələdi

Trampın ailəsinin gəliri digər ABŞ prezidentlərinin qazancını üstələdi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın ailəsi əvvəlki liderlərlə müqayisədə öz mövqeyindən maddi cəhətdən daha çox faydalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Qeyd olunub ki, Donald və Melaniya Tramp xaricdəki daşınmaz əmlak və Vaşinqtonda üzvlük qiyməti 500 min dollar olan klubu nəzərə almasaq, təkcə kriptovalyuta və memkoinlərlə manipulyasiyalardan 320 milyon dollar qazanıblar. Qəzetdə, həmçinin amerikalı sahibkar Ceff Bezosun Melaniya Trampa onun haqqında film çəkmək və Trampın prezidentlik statusu ilə bağlı qazanc kimi 28 milyon dollar qonorar ödəmək təklifi də yer alıb. NYT əlavə edib ki, Qətər hökuməti Trampa 200 milyon dollar dəyərində şəxsi "Boeing 747" təyyarəsi verib ki, bu, ABŞ tarixində ən bahalı hədiyyə olub.

Bildirilib ki, Tramp daha əvvəl ictimai qalmaqala və araşdırmaya səbəb ola biləcək prezidentlik statusundan pul qazanmaq məsələsini normaya çevirib. Məlumata görə, Tramp sələflərini məhdudlaşdıra bilən nəzarət və hesabatlılıq alətlərini aradan qaldırmaqla, hökumət müfəttişlərini və etika üzrə məsləhətçiləri işdən çıxarmaqla, Konqresi, məhkəmələri və Federal Təhlükəsizlik Bürosunu onun nəzarətinə tabe etməklə bu cür davranış üçün zəmin yaradıb.

Ağ Ev Trampın müdafiəsi üçün çıxış edir və qeyd edir ki, o, prezidentliyə qədər uğurlu iş adamı olub, ona görə də onun vəzifəsində maddi marağı ola bilməz və amerikalılar bunu başa düşürlər. Qəzet xatırladır ki, ABŞ prezidenti, həmçinin oğullarının biznesindən gəlir əldə etməyə davam edir və əlavə edir ki, onun ailəsinin ümumi sərvəti 2025-ci ilin mart ayında rekord 5.1 milyard dollar olub ki, bu da keçən illə müqayisədə 1.2 milyard dollar çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri