Icma.az
close
up
RU
Trampın andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum olub

Trampın andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum olub

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabiq prezidentlər, milyarderlər andiçmə mərasiminə qatılacaqlar: xaricdən də qonaq olacaq

Dünyanın ən varlı adamı, amerikalı milyarder İlon Mask bazar ertəsi yeni Prezident Donald Trampın andiçmə mərasiminə dəvət edilən bir neçə milyarderdən biri olacaq. “Forbes”in məlumatına görə, “Tesla”nın rəhbəri Trampın yenidən seçilməsində böyük rol oynayıb, onun kampaniyasına dörddə bir milyard dollardan çox vəsait bağışlayıb.

Maskın Tramp administrasiyasında yaradılacaq hökumətin səmərəliliyini artırmaq üçün yeni departamentə rəhbərlik edəcəyi bildirilir. Departamentin digər həmsədri biotexnologiya üzrə sahibkar Vivek Ramasvami olacaq.

Trampın andiçmə mərasimində “Amazon” şirkətinin rəhbəri Ceff Bezos və “Meta”nın rəhbəri Mark Zukerberq də iştirak edəcək.

Xarici liderlər adətən ABŞ Prezidentinin inauqurasiyasına nadir hallarda dəvət olunurlar. Lakin Tramp bir neçə istisna edib. “Bloomberg”in məlumatına görə, mərasimdə Argentina Prezidenti Xavyer Mayli iştirak edəcək. O, ötən ilin noyabr ayında keçirilən seçkilərdə qələbə qazandıqdan sonra Trampla görüşən ilk xarici lider olub. Mərasimə öz nümayəndəsini göndərəcək Çin rəhbəri Si Cinpin də andiçmə mərasiminə dəvət olunub. Bundan əlavə, İtaliyanın ifrat sağçı Baş naziri Giorgia Meloni dəvət olunub, lakin işinin sıxlığı səbəbindən Vaşinqtona gedə biləcəyini açıqlayıb.

Ənənəvi olaraq, andiçmə mərasimində ABŞ-ın yaşayan bütün sabiq prezidentləri iştirak edirlər. Dörd il əvvəl Tramp Baydenin seçkilərdə qalib gəldiyini iddia edərək onun andiçmə mərasiminə qatılmaqdan imtina etmişdi. Lakin Trampın andiçmə mərasimində artıq sabiq Prezident olan Co Bayden və birinci xanım Jill Bayden iştirak edəcəklər.

Keçmiş prezidentlər Barak Obama, Corc Buş və Bill Klinton da andiçmə mərasiminin qonaqları arasında olacaq. Buş və Klinton həyat yoldaşları Laura Buş və keçmiş dövlət katibi Hillari Klintonla birlikdə tədbirə qatılacaqlar.

Bununla belə, keçmiş birinci xanım Mişel Obama mərasimdə iştirak etməyəcək. Bu barədə Obamanın ailə ofisi bildirilib. Bununla  son həftələrdə ikinci dəfə idi ki, o, böyük bir tədbirdə iştirak etmir. Belə ki, Mişel Obama keçmiş Prezident Cimmi Karterin dəfn mərasimində iştirak etməyib.

İnauqurasiyada vitse-prezident Kamala Harris və onun əri Duqlas Emhoffun da iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, Harris keçən ilki prezident seçkilərində Demokratlar Partiyasının namizədi olmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri