Icma.az
close
up
RU
Trampın andiçmə mərasimini Kapitola köçürmək qərarı sürpriz oldu

Trampın andiçmə mərasimini Kapitola köçürmək qərarı sürpriz oldu

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də andiçmə mərasimini Vaşinqtonda soyuq hava şəraiti ilə əlaqədar Capitol Rotundaya köçürmək qərarı andiçmə mərasiminin təşkilatçıları, tədbirin qonaqları və hüquq-mühafizə orqanları üçün sürpriz olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Qeyd olunur ki, Trampın qərarı “ölkənin 47-ci prezidentinin andiçməsinə aylarla hazırlaşan yüz minlərlə insanı” planlarını dəyişməyə məcbur edib. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq fövqəladə iclaslar keçirib. ABŞ Konqresinin üzvləri and içmə yerinin başqa yerə köçürülməsi barədə mediadan xəbər tutdular və Trampın andiçmə mərasiminə həsr olunmuş “tədbirlərə bilet alan yüzlərlə çaşqın seçicinin” suallarını cavablandırmaq məcburiyyətində qalıblar. Kapitol işçiləri də Trampın and içəcəyi yeni podium tikməyə tələsiblər.

Eyni zamanda, Trampın miqrantlarla bağlı mümkün siyasətlərinə qarşı olan etirazçılar artıq aşağı temperaturun etiraz və nümayişləri ləğv etmək üçün səbəb olmayacağını bildiriblər. “Bu, birinci hal deyil

belə bir şey baş verdikdə, hökumət karantin vəziyyətinə düşdükdə və ya tədbirləri ləğv etdikdə, mütərəqqi hərəkat kənarda qalır”, - deyə nəşr narazılardan birinə istinadən yazıb.

Tramp cümə günü bildirib ki, Vaşinqtonda soyuq havaya görə onun inaqurasiya nitqi və andiçmə mərasimi yanvarın 20-də Capitol Rotundada keçiriləcək. Yanvarın 20-də Vaşinqtonda temperaturun mənfi 12 dərəcə Selsi olacağı proqnozlaşdırılır.

Açılış mərasimi paradın da keçiriləcəyi Capital One Arenadan canlı yayımlanacaq. Tramp and içdikdən sonra arenaya toplaşanlara qoşulacağına söz verib. Qalan tədbirlər, o cümlədən yanvarın 19-da mitinq və 20 yanvarda  planlaşdırıldığı kimi davam edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Yanvar 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri