Trampın andiçməsinə getmək üçün hökumətdən pasportunu istəyir
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru ölkə hökumətindən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün pasportunu qaytarmağı xahiş edib.
"Unikal" xəbər verir ki, Bolsonaru bu barədə X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, andiçmə mərasiminə dəvət almaqdan şərəf duyub.
“Vəkilim doktor Paulo Bueno artıq nazir Aleksandr de Moraesə bu şərəfli və mühüm tarixi hadisədə iştirak edə bilməyim üçün pasportumu qaytarmaqla bağlı sorğu göndərib”, - Braziliyanın keçmiş prezidenti yazıb.
Qeyd edək ki, dövlət çevrilişinə cəhddə ittiham olunan Bolsonarunun pasportuna məhkəmə tərəfindən həbs qoyulduğu üçün Braziliyanı tərk edə bilmir.
Baxış sayı:117
Bu xəbər 09 Yanvar 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















