Icma.az
close
up
RU
Trampın arzusunu puç edən qadın: ABŞ prezidenti ondan niyə QİSAS ALDI...

Trampın arzusunu puç edən qadın: ABŞ prezidenti ondan niyə QİSAS ALDI...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeraltı sərvətlərinə (neft, qızıl) görə dünyanın ən zəngin ölkələrindən biri olan Venesuela hazırda həm daxili böhranları, həm də geosiyasi əhəmiyyəti baxımından dünyanın diqqət mərkəzindədir.
Venesuela təxminən 304 milyard barel neft ehtiyatı ilə dünya lideridir. Ölkənin təxminən 53 ton qızıl ehtiyatı var. Təsadüfi deyil ki, Venesuela sərvətlərinə görə Latın Amerikasının incisi sayılır.
ABŞ, Rusiya, Çin və regional güclərin Venesueladakı təsir uğrunda mübarizəsi son vaxtlar bu ölkəni beynəlxalq siyasətdə ön plana çıxarıb.
Yanvarın 3-də ABŞ-ın Venesuelada hərbi əməliyyatla prezident Nikolás Maduronu ələ keçirməsi beynəlxalq aləmdə böyük şok effekti yaradıb.
N.Maduronun yerinə vitse-prezident Delsi Rodrigez müvəqqəti prezident elan olunub. Bu sürətli siyasi dəyişiklik daxildə və xaricdə müzakirə olunmaqdadır.
Çoxları gözləyirdi ki, Nikolas Maduronu devirən ABŞ onun yerinə müxalifət lideri Mariya Korina Maçadonu gətirəcək. Amma Donald Tramp bunu etmədi və vitse-prezident Delsi Rodrigezin üstündə dayandı.
Modern.az-ın məlumatına görə, Trampın Venesuela müxalifətinin lideri Maçadonu prezident postunda görmək istəməməsi ikincinin ötən il Nobel Sülh mükafatını alması ilə əlaqələndirilir.
Bu barədə “Vaşinqton Post" qəzeti Ağ Evə yaxın mənbələrə istinadən yazıb. Mənbə qəzetə bildirib ki, Mariya Maçado Nobel Sülh mükafatını qəbul etməklə Trampa qarşı “böyük günah” işlədib:
“Əgər o, vaxtında mükafatdan imtina edib desəydi ki, “mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa məxsusdur”, Maçado bu gün Venesuelanın prezidenti olardı”.
57 yaşlı Mariya Maçado Nobel Sülh mükafatına 2025-ci ilin oktyanrında layiq görülüb. Nobel Komitəsi hesab edib ki, siyasətçi qadın “Venesuela xalqının hüquqları və demokratiya uğrunda yorulmaz mübarizəsi, eləcə də ölkəsinin diktaturadan demokratiyaya ədalətli və dinc keçidinə nail olmaq cəhdlərinə” görə bu mükafata layiqdir. 

Xatırladaq ki, 2025-ci il üzrə Nobel Sülh mükafatına potensial namizədlərdən biri ABŞ Prezidenti Donald Tramp idi. Buna əsas olaraq ABŞ liderinin ikinci prezidentliyi dövründə bəzi ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilirdi. Tramp əvvəllər də bir neçə dəfə Nobel Sülh mükafatına namizəd olub, lakin heç vaxt onu qazana bilməyib. Mərbuata açıqlamaları göstəırirdi ki, onun özü bu mükafatı almağı çox istəyir.
Trampın Nobel Sülh mükafatına layiq görülməməsi Amerikanın siyasi dairələrində tənqidlərə səbəb oldu. ABŞ Prezidentinin özü də mətbuata açıqlamalarında “Nobel” ala bilməməsinə görə narazılığını gizlətmədi.

Maduro həbs ediləndən sonra Maçado Venesuelada hakimiyyəti ələ almağa hazır olduğunu bəyan edib. Lakin Tramp bunun əleyhinə çıxıb.
ABŞ-ın Venesuelada keçirdiyi 3 yanvar tarixli hərbi əməliyyatdan sonra Donald Tramp jurnalistlərə açıqlamasında Mariya Maçadonun ölkəni idarə etmək üçün xalqın dəstəyi və hörmətinə malik olmadığını deyib. Xarici KİV-in məlumatına görə, ABŞ prezidentinin bu açıqlaması venesuelalı siyasətçi üçün tam gözlənilməz olub.

Mariya Korina Maçado 7 oktyabr 1967-ci ildə Venesuelanın paytaxtı Karakasda doğulub.
O, siyasətə 2002-ci ildə gəlib. Maşado 2011–2014-cü illərdə Venesuela Milli Assambleyasının üzvü kimi fəaliyyət göstərib.
O, Vente Venesuela siyasi partiyasının milli koordinatorudur. 2012-ci ildə müxalifətin prezidentliyə ilkin namizədi olsa da, rəqibi Henrike Kaprilesə uduzub. 2014-cü il Venesuela etirazları zamanı o, prezident Nikolas Maduro hökumətinə qarşı nümayişlər təşkil edən aparıcı fiqur olub.

2023-cü ildə Maçado müxalifətin ilkin seçkilərində qalib gəlib və 2024-cü il üçün Venesuelada keçiriləcək prezident seçkilərində əsas namizəd olub. Lakin o, 2023-cü ilin iyununda Venesuela Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməkdən diskvalifikasiya edildiyinə görə, 2024-cü il seçkilərində iştirak edə bilməyib. Çünki Venesuela Ali Ədliyyə Məhkəməsi sözügedən qərarı həmin il də qüvvədə saxlayıb. 

2024-cü ildə Maçado Nikolas Maduro hökumətinin təzyiqlərindən qorxaraq gizlənməyə məcbur olub.
Mariya Maçado fəallığına görə beynəlxalq səviyyədə tanınıb. O, 2018-ci ildə BBC-nin seçimi ilə 100 qadından biri olub və 2025-ci ildə “Time” jurnalının 100 ən nüfuzlu insanı arasında yer alıb.

Venesuela müxalifətinin lideri Mariya Maçado 3 yanvar əməliyyatından – Nikolas Maduronun devrilməsindən sonra Nobel Sülh mükafatını ABŞ Prezidenti Donald Trampa təqdim etməyə hazır olduğunu bəyan edib. O deyib ki, Trampa minnətdarlıq əlaməti olaraq mükafatı bölüşməyə hazırdır.
Lakin Maçadonun“Foks Nyus”a verdiyi bu açıqlama ABŞ Prezidenti Donald Trampı yumşaltmayıb.
Yanvarın 3-də Venesuela prezidenti postundan devrilən Nikolas Maduro və həyat yoldaşı ABŞ tərəfindən ələ keçirilib. Hazırda ABŞ-ın Bruklin təcridxanasında saxlanılırlar.

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri