Icma.az
close
up
RU
Trampın bəyanatından sonra KMİS sorğusunu açıqladı: Zelenskiyə nə qədər ukraynalı inanır?

Trampın bəyanatından sonra KMİS sorğusunu açıqladı: Zelenskiyə nə qədər ukraynalı inanır?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Vladimir Zelenskiyə 57% ukraynalı etibar edir, 37% isə etibar etmir.

Qaynarinfo xəbər verir ki, bunu Kiev Beynəlxalq Sosioloji İnstitutunun (KMİS) 4-9 fevral tarixlərində keçirdiyi və ABŞ Prezidenti Donald Trampın guya Zelenskinin reytinqinin aşağı olması barədə bəyanatından sonra açıqladığı sorğu sübut edir.  

"Fevral ayının birinci yarısına olan məlumata görə, Ukrayna vətəndaşlarının 57%-i Prezident V. Zelenskiyə etibar edir, 37%-i isə etibar etmir. Etibar-etibarsızlıq balansı +20%-dir", - sosioloqlar bildirib.  

KMİS əvvəlki sorğularla müqayisədə etibar göstəricilərinin bir qədər yaxşılaşdığını qeyd edib. 2024-cü ilin dekabrında keçirilən sorğuda Zelenskiyə etibar edənlərin sayı 52%, etibar etməyənlərin sayı isə 39% olub, etibar-etibarsızlıq balansı isə +13% təşkil edib.  

Bütün Ukrayna regionlarında vəziyyətin oxşar olduğu və etibar-etibarsızlıq balansının müsbət olduğu vurğulanıb.  

KMİS sorğunun nəticələrini sülh danışıqları, prezidentin "legitimliyi" və seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı gedən müzakirələr fonunda açıqladıqlarını bildirib.  

KMİS-in icraçı direktorunun müavini Anton Qruşetski: "Əgər bəzi beynəlxalq tərəfdaşlar sülh danışıqları kontekstində prezidentin legitimliyi ilə bağlı narahatdırsa və seçkilərin keçirilməsini vacib hesab edirsə, ukraynalılar üçün bu məsələ problem deyil. Hazırkı prezident və hakimiyyət çətin danışıqları aparmaq üçün tam legitimdir və seçkilər müharibə bitəndən və Ukrayna ən azı etibarlı təhlükəsizlik təminatları aldıqdan sonra keçirilməlidir".  

O, "Ukrayinska Pravda"ya müsahibəsində bildirib ki, prezidentə etibarla bağlı sorğunun nəticələri bir qədər sonra açıqlanmalı idi, lakin Rusiya və ABŞ tərəfləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar barədə xəbərlərdən sonra bunu daha erkən etdiklərini qeyd edib.  

"Düzünü desəm, bir qədər gec açıqlamağı planlaşdırırdıq. Hazırda martın əvvəlindəki vəziyyəti əks etdirən daha bir sorğu aparırıq və Zelenskiyə etibar göstəriciləri bu dərc olunan nəticələrlə təxminən eynidir. Dünən saat 17:00-da Səudiyyə Ərəbistanından ilk məlumatlar gələndən sonra bu nəticələri dərc etmək qərarına gəldim. Amma bu 4% haqda absurd bəyanatdan əvvəl", – deyə Qruşetski bildirib.  

Sorğu 4-9 fevral tarixlərində keçirilib. Telefon vasitəsilə təsadüfi seçilmiş mobil nömrələr əsasında aparılan sorğuda Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə yaşayan 18 yaşdan yuxarı 1000 respondent iştirak edib.  

Seçməyə hazırda Ukrayna hakimiyyətinin nəzarətində olmayan ərazilərdə yaşayanlar daxil edilməyib (bununla belə, iştirakçılar arasında işğal olunmuş ərazilərdən köçkün düşənlər də var). Bundan əlavə, 24 fevral 2022-ci ildən sonra xaricə gedən vətəndaşlarla sorğu aparılmayıb.  

Normal şəraitdə, belə bir seçmə üçün statistik xəta (0,95 ehtimalla və 1,3 dizayn effekti nəzərə alınmaqla) 50%-ə yaxın göstəricilər üçün 4,1%-dən, 25%-ə yaxın göstəricilər üçün 3,5%-dən, 10%-ə yaxın göstəricilər üçün 2,5%-dən, 5%-ə yaxın göstəricilər üçün isə 1,8%-dən çox olmur.  

Sosioloqlar bildiriblər ki, müharibə şəraitində yuxarıda qeyd olunan formal xəta ilə yanaşı, müəyyən sistematik yayınmalar da ola bilər. Bununla belə, ümumilikdə nəticələrin yüksək təmsilçilik qabiliyyətini saxladığını və əhalinin ictimai rəyini kifayət qədər etibarlı təhlil etməyə imkan verdiyini vurğulayıblar.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri