Icma.az
close
up
RU
Trampın bəyanatının neftin qiymətinə təsiri özünü çox gözlətmədi

Trampın bəyanatının neftin qiymətinə təsiri özünü çox gözlətmədi

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın “Amerikanın Hərbi Dəniz Qüvvələri Venesuelada olduğu kimi hər an İran ilə münasibətləri aydınlaşdırmağa hazırdır” - bəyanatından sonra dünya birjalarında neftin qiyməti kəskin artıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 28-də D.Trampın verdiyi bəyanatın əks sədası bu gün birjalardan gələrək neft üçün aprel fyuçerlərində (sifarişlərində) özünü göstərdi.

Londonun İCE birjasında “Brent” narkalı neftin bir bareli 69,23 dollara yüksəldi. Halbuki, yanvarın 28-dən 67,12 dollara satılırdı. WTI markalı neftin bir barelinin qiyməti isə 64,05 dollara kimi artdı. “Brent” 1, WTI markalı neftin qiyməti isə +0,71 faiz yüksəlib.

“Forbes” yazır ki, bazar Yaxın Şərqdə cərəyan edən prosesləri diqqətlə izləyir. Lakin qiymətlərin yüksəlməsinə D.Trampın bəyanatı ilə yanaşı ABŞ neft ehtiyatlarının azalması da təsir göstərib. Jurnal ABŞ Maliyyə Nazirliyinə istinadla bildirib ki, sərt qış və həddindən artıq qar yağması hasilatı 0,25 milyon barelə kimi azaldıb. Meksika körfəzindəki buruqlar hava şəraiti ilə əlaqədar olaraq işlərini tamamilə dayandırıblar. Buradan terminallara xam neftin nəqli 0-a enib. Şimali Dakota və Texas ştatlarındakı buruqlara isə fırtına böyük zərər vurub.

Birja analitikləri hesab edirlər ki, hava şəraiti belə davam etsə qiymətlər də artmaqda davam edəcək. Qeyd etmək lazımdır ki, neftlə yanaşı, mazut və qaza da tələbat artıb. Qar “məngənə”sinə düşən ştatlarda 750 mindən çox insan elektrik enerjisindən məhrum olub. Bununla yanaşı, Prezident D. Trampın Federal Rezerv Sisteminin müstəqilliyini tənqid edərək onun dövlətə tabe olmasının zəruriliyi haqqında söylədiyi fikirdən sonra dolların da digər valyutalara nisbətən dəyəri düşüb. Dünya bazarında neft dollarla satıldığına görə qiymətə təsir göstərib.

Ayova ştatına səfəri zamanı dolların dəyərdən düşməsinə münasibət bildirən ABŞ Prezidentinin, “Əladır, Amerika biznesi üçün yaxşı imkanlar yaranır” - deməsi dolların daha 1,2 faiz ucuzlaşmasına səbəb oldu. Əgər “Brent” və WTI markalı neftin qiyməti İran ətrafında cərəyan edən hərbi-siyasi hadisələrlə əlaqəlidirsə, “Light” və digər markaların qiymətinin artması dolların ucuzlaşması ilə əlaqədardır.

“Bloomberg” yazır ki, ABŞ təzyiqi nəticəsində Hindistanın neftayırma zavodları Rusiyadan neft almağı minimum həddə endiriblər. Hazırda 60 milyon barel Rusiya nefti ilə dolu tankerlər açıq dənizdə qalıb. Hindistan zavodları nefti qəbul eləmir. Məcbiriyyət qarşısında qalan Rusiya şirkətləri danışıqlar apararaq neftin bir hissəsini İndoneziyanın anbarlarına boşaldıblar. Rusiya şirkətləri Cənub-Şərqi Asiya ölkələrində müştəri axtırırlar. Ümumilikdə isə açıq dənizdəki tankerlərdə Rusiyaya məxsus 145 milyon barel neft var. Sanksiyalar Rusiyaya nefti satmaq imkanı vermir və faktiki olaraq bu gün Rusiya dünya bazarından sıxışdırılaraq çıxarılıb ki, bu da bazar prinsipinə uyğun olaraq təklifin azalmasına qiymətlərin isə yüksəlməsinə səbəb olub.

İqtisadçı analitiklər hesab edirlər ki, hazırda dünya bazarı ABŞ-ın proqnozlaşdırılması mümkün olmayan xarici siyəsət kursunun “əsrinə çevrilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri