Trampın bu planı hələ də müzakirə mərhələsindədir DETTALLAR bəlli oldu KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin hesabına Ukraynaya əlavə silah tədarükü təşəbbüsü hələlik yalnız konseptual təklif olaraq qalır və onun reallaşdırılması üçün aydın mexanizm müəyyən edilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, əsas problem ondan ibarətdir ki, hansı ölkənin, nə vaxt və hansı həcmdə texnika təqdim edəcəyi hələ də məlum deyil. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri üçün həyati əhəmiyyət daşıyan “Patriot” zenit-raket sistemləri ilə bağlı vəziyyət olduqca aktualdır. Lakin bu sistemlər çox məhdud saydadır.
Potensial təchizatçılar arasında Almaniya, Yunanıstan, Niderland və İspaniyanın adı çəkilir. Bununla belə, həm Yunanıstan, həm də İspaniya daha əvvəl öz müdafiə tələbatlarını əsas gətirərək bu sistemləri paylaşmaqdan imtina ediblər.
Hazırda məsələ ilə bağlı danışıqlar davam edir və yekun qərarın nə vaxt veriləcəyi məlum deyil.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 İyul 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















