Trampın bu siyahısında Azərbaycanın da adı var “365 gündə 365 qələbə”
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağ Ev aministrasiyası ABŞ Prezidenti Donald Trampın “365 gündə 365 qələbə”sini əks etdirən siyahı yayıb.
Yeniavaz.com xəbər verir ki, 10 bölmədən ibarət Trampın nailiyyətlər siyahısı Ağ Evin rəsmi saytında dərc edilib.
Ağ Ev bildirib ki, Tramp cəmi 365 gün ərzində həqiqətən əlamətdar nəticələr əldə edərək, müasir tarixdə prezidentlik müddətinin ən uğurlu ilk ilini başa vurub.
Trampın 365 günlük vəzifəsindəki nailiyyətləri siyahısına Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi də daxil edib. Bu nailiyyət siyahıda 143-cü yerdə öz əksini tapıb.
Qeyd edək ki, Tramp 20 yanvar 2025-ci ildə rəsmi olaraq ikinci dəfə ABŞ Prezidenti vəzifəsinin icrasına başlayıb. Son 12 ay ərzində Ağ Ev diplomatik səylərlə yanaşı, sərhədlərin möhkəmləndirilməsinə, qeyri-qanuni miqrantların kütləvi şəkildə deportasiyasına və iqtisadi artımın stimullaşdırılmasına diqqət yetirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.
Bu mövzuda digər xəbərlər:Trampın əldə etdiyi 365 “qələbə” siyahısında Azərbaycan və Ermənistanın da adı var
21 Yanvar 2026 12:01
365 kiloqram narkotik ələ keçirildi
04 Mart 2025 16:19
Coni “365 day”in ulduzu ilə!
01 Fevral 2025 17:00
Trampın 365 gündəki nailiyyətləri siyahısına Ermənistan Azərbaycan arasında sülh də daxil EDİLDİ
21 Yanvar 2026 13:54
5 ildə 365 nəfər elmlər doktoru olub
14 May 2025 19:38
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















