Trampın Çin ABŞ neftini almağa razılaşıb açıqlamasından sonra neft daha da bahalaşıb
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Neft qiymətləri cümə günü yüksəlib. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpin (Xi Jinping) ilə danışıqlardan sonra Çinin ABŞ-dan neft almağa razılaşdığını bildirməsi olub.ə
Marja xəbər veri ki, Brent nefti üzrə iyul fyuçersləri 1,49% artaraq bir bareli 107,30 dollara çatıb. ABŞ xam nefti (West Texas Intermediate) üzrə iyun fyuçersləri isə 1,55% yüksələrək bir barel üçün 102,74 dollar olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tramp, Si ilə görüşündən sonra "Fox News" kanalına müsahibəsində deyib:
“Onlar ABŞ-dan neft almaq istədiklərini qəbul etdilər, Texasa gedəcəklər. Çin gəmilərini Texas, Luiziana və Alaskaya göndərməyə başlayacağıq”.
Çin hələlik enerji alışını rəsmi şəkildə təsdiqləməyib.
Qiymət artımı həmçinin iki prezidentin Hörmüz boğazının açıq qalmasının vacibliyi barədə razılığa gəlməsindən sonra baş verib.
Ağ Evin rəsmisinin cümə axşamı yaydığı açıqlamaya görə, Si həmçinin Çinin boğazın hərbiləşdirilməsinə və onun istifadəsinə görə rüsum tətbiq olunmasına qarşı olduğunu açıq şəkildə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 15 May 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















