Trampın Çinə mesajı: Güzəştlər olmadan tarifləri aşağı salmayacağıq
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində cari məsələlərlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
Banco.az xəbər verir ki, Ağ ev rəhbəri bildirib ki, Çin bizə əhəmiyyətli bir şey verməsə, biz tarifləri aşağı salmayacağıq.
Keçmiş prezident Bayden dövründə gündə 5 milyard dollar itirdiklərini və bu rəqəmi aşağı saldığını bildirən Tramp, bu itkinin tezliklə geri alınacağını, lakin hələ gedəcək bir yol olduğunu qeyd edib.
İkitərəfli gömrük rüsumlarının yeni təxirə salınmasının çətin olduğunu ifadə edən Tramp, razılaşacaqlarını, razılaşma olmadığı təqdirdə tarifləri məqbul şəkildə təyin edəcəklərini bildirib.
Bazarların tariflərə uyğunlaşması ilə bağlı suala Tramp belə cavab verib: "Keçid dövrü olacağını söylədik. İnsanlar bunu anlamırdılar, indi anlamağa başlayıblar".
Bazarlarda insayder ticarətinin olub-olmaması ilə bağlı suala cavab olaraq Tramp deyib ki, özü üçün öhdəlik götürə bilər, lakin minlərlə insan onun üçün çalışır.
Tramp kiminsə bunu edə biləcəyini düşünmədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 26 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















