Icma.az
close
up
RU
Trampın dağıdıcı rekordu açıqlanıb

Trampın dağıdıcı rekordu açıqlanıb

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp prezidentliyinin ilk üç ayında Amerika xarici siyasətini dağıdaraq, sələflərini səriştəsizlik baxımından geridə qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə Harvard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Stiven Uolt "Foreign Affairs" jurnalındakı məqaləsində yazıb.

"Demək olar ki, o [Tramp] ABŞ xarici siyasətində uğursuzluq üçün hazırlanmış "beş mərhələli bələdçi"yə əməl edir. 1-ci addım: çoxlu yaltaq və sədaqətli şəxsləri vəzifəyə təyin etmək. 2-ci addım: mümkün qədər çox ölkə ilə münaqişəyə girmək. 3-cü addım: millətçiliyin gücünü görməzdən gəlmək. 4-cü addım: beynəlxalq normaları pozmaq, razılaşmalardan imtina etmək və gözlənilməz olmaq. 5-ci addım: Amerikanın gücünün əsaslarını sarsıtmaq", – deyə alim vurğulayıb.

Uolt qeyd edib ki, ümumilikdə ABŞ-nin xarici siyasəti son 25 ildə böhran yaşayır və Trampdan əvvəlki prezidentlər – Corc Buş (kiçik), Barak Obama və Co Bayden də bir çox səhvlərə yol veriblər. Lakin o bildirib ki, hazırkı prezidentin yaratdığı miqyası misilsizdir.

Stiven Uolt – beynəlxalq münasibətlər sahəsində realizm məktəbinin nümayəndəsi olan tanınmış amerikalı politoloqdur. O, xüsusilə Çikaqo Universitetinin professoru Con Mirşaymerlə birlikdə yazdığı əsərlərlə məşhurdur. Həmkarı kimi, Uolt da ABŞ-nin Ukrayna münaqişəsinə dair siyasətini tez-tez tənqid edir. O, keçən il noyabrın 10-da Trampa Ukraynaya yardımdan imtina etməyi və bunun müqabilində Rusiya ilə ərazi bölgüsü və Ukraynanın neytrallığına dair razılaşma əldə etməyi təklif etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri