Trampın daha bir sərəncamı ləğv edildi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Merilend ştatının federal hakimi prezident Donald Trampın ABŞ-da doğulan uşaqların vətəndaşlıq hüquqlarını məhdudlaşdıran sərəncamına qarşı ümummilli hökm çıxarıb.
"Unikal" xəbər verir ki, hökmü Merilend Dairə Məhkəməsinin hakimi Debora Bordman elan edib.
“Bu gün, demək olar ki, ABŞ torpağında doğulan hər bir uşaq doğulduğu andan ABŞ vətəndaşıdır. Bu, ölkəmizin qanunu və ənənəsidir. Bu qanun və ənənə qüvvədə qalır”, - Boardman bildirib.
Bu, Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdırmaq əmrinin ləğv edildiyi ikinci ABŞ məhkəməsidir.

Trampın bu Sərəncamı ləğv edildi?
14 Fevral 2025 12:20
Trampın bu sərəncamı icra olunmadı
24 Yanvar 2025 00:10
Məhkəmə Trampın daha bir qərarının ləğv etdi
14 Fevral 2025 09:55
Trampın yeni sərəncamı: bu dəfə onları sevindirəcək
01 Aprel 2025 00:24
Trampın xüsusi nümayəndəsinin Ukrayna səfəri ləğv edildi
10 Yanvar 2025 19:56

