Icma.az
close
up
RU
Trampın dalana dirədiyi Nikolas Maduro kimdir?

Trampın dalana dirədiyi Nikolas Maduro kimdir?

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya siyasətində çox ziddiyyətli, amma çox təsirli siyasi fiqurlardan biri – Nikolas Maduro haqqında nələri bilirik? 

Bir tərəfdən, o, sosialist ideologiyanın davamçısı və ölkənin milli sərvətlərinin dövlət nəzarətinə qaytarılmasının tərəfdarı kimi təqdim olunur. Digər tərəfdən, Qərb üçün Maduro seçkiləri saxtalaşdıran, siyasi rəqibləri neytrallaşdıran avtoritar lider - “diktator”dur.

Venesuelanın neft sektorunun milliləşdirilməsi nəticəsində ölkənin strateji enerji yataqları üzərində nəzarətin dövlətin əlində cəmlənməsi, uzun müddətdir bölgədə nüfuz qazanan ABŞ-ni Venesuelanın neft ehtiyatlarına birbaşa sahiblik və ya idarəetmə imkanından məhrum edir. Maduro tərəfdarlarının fikrincə, Vaşinqton üçün “demokratiya” və “siyasi azadlıqlar” ritorikası yalnız siyasi maskadır.

Uşaqlıq

Nikolas Maduro Moros 23 noyabr 1962-ci ildə Karakasda fəhlə ailəsində doğulub. Atası Nicolas Maduro Qarsia nüfuzlu həmkarlar ittifaqı lideri olub. Sol ideologiyalı ailədə böyüyən Maduro özünü “mestizo” – qarışıq irqli şəxs kimi tanıyırdı. Katolik olaraq yetişsə də, müxtəlif dini-fəlsəfi cərəyanlara marağı ilə seçilirdi.

Maduronun siyasi yolu, klassik siyasi elitalardan fərqli olaraq, çox sadədən başlayıb - Karakasın metro və avtobus sistemində sürücülük. Həmkarlar ittifaqında fəallığı onu tədricən ittifaq liderliyinə qədər aparır.

1990-cı illərdə Uqo Çaveslə tanış olması, xüsusilə Çavesin həbsdən çıxarılmasında rolu Maduroya yeni siyasi qapı açdı. 1998-ci il seçkilərində Uqo Çavesin kampaniyasında fəal iştirakı onun siyasi nüfuzunu artırdı.

Maduronun dövlət strukturlarındakı yüksəlişi sürətli oldu:

2000-ci ildə deputat,

2005–2006-cı illərdə parlament sədri,

2006–2012-ci illərdə xarici işlər naziri,

2013-cü ildə Çavesin ölümündən dərhal sonra vitse-prezident.

Çavesin vəfatından sonra Maduro, konstitusiyaya əsasən, müvəqqəti prezident oldu və daha sonra keçirilən seçkidə qələbə qazandı.

İqtisadi böhranlar və daxili siyasi gərginlik

Maduronun ilk prezidentlik dövrü Venesuelanın ən ağır sosial-iqtisadi böhranı ilə üst-üstə düşdü. Neft gəlirlərinin azalması hiperinflyasiya, qıtlıq və kütləvi etirazlar yaratdı. 2015-ci ildə müxalifətin parlamenti qazanması hökumətlə qanunverici orqan arasında ciddi qarşıdurmaya səbəb oldu və ölkədə konstitusiya böhranı yarandı.

2018-ci il seçkiləri isə beynəlxalq səviyyədə tanınmadı, seçkilərin qeyri-azad keçirildiyi bildirilirdi. Müxalifət lideri Xuan Quaydo 2019-cu ildə özünü “keçici prezident” elan edərək ölkəni iki hakimiyyət mərkəzinə bölmüşdü.

2024 seçkiləri və ABŞ-ın mövqeyi

2024-cü il prezident seçkilərində Maduro yenidən qalib elan olundu, lakin nəticələr müxalifət və müşahidəçilər tərəfindən qəbul edilmədi.

ABŞ administrasiyası 2025-ci ilin noyabrında Maduronu “xarici terror təşkilatına bağlı olmaqda” ittiham edərək əlavə sanksiyalar tətbiq etdi.

Vaşinqtonun sərt mövqeyinin əsas səbəbləri belə sıralanır:

1.     Venesuela neft sənayesinin dövlət nəzarətinə alınması

2.     Siyasi repressiyalar iddiaları

3.     Qeyri-legitim seçkilər

4.     İran, Rusiya və Çinlə yaxınlaşma

5.     Narkotik ticarəti ilə bağlı ittihamlar

İndi dünyanı bir məsələ düşündürür: ABŞ-Maduro qarşıdurması necə bitəcək – müharibə, yoxsa anlaşma yolu seçiləcək?

Paytaxt Karakasda keçirilən Bolivarçı Birlik Komandanlarının geniştərkibli andiçmə mərasimində o, çıxışının remiks olunmuş versiyasının sədaları altında səhnəyə çıxaraq rəqs edib və ABŞ-yə açıq şəkildə “sülh” çağırışı ünvanlayıb.

Venezuela prezidenti bildirib ki, “xalqının 94 faizi imperialist hərbi təhdidi qəbul etmir və ölkəni müdafiə etmək üçün hər cür hücuma qarşı dayanmağa hazırdır”.

O, ölkənin son 22 həftədir, “psixoloji müharibə” ilə üzləşdiyini və ordu, polis və milis qüvvələri ilə aparılan təlimlər nəticəsində Venesuelanın “nümunəvi müdafiə qabiliyyəti” formalaşdırdığını bildirib.

Minlərlə tərəfdarı qarşısında Maduro deyib: “Müharibəmi? Qətiyyən yox. Müharibəyə “yox”. Xahiş edirəm, sülh olsun”.

ABŞ-nin hərbi fəallığı

ABŞ-ın Karib hövzəsindəki hərbi aktivliyi də Karakasın reaksiyasına səbəb olub.

Latın Amerikası narkotik kartelləri ilə mübarizə adı altında ABŞ bölgəyə dünyanın ən böyük təyyarədaşıyan gəmisi - "USS Gerald R. Ford" və hücum qrupunu göndərib.

Bu addım Venesuela tərəfindən “beynəlxalq hüquqa zidd” kimi qiymətləndirilir.

N.Maduro 4,5 milyon milisi səfərbər etdiyini açıqlayıb və ölkənin hər cür hücuma cavab verməyə hazır olduğunu bildirib.

Şəxsi həyat

Venesuela prezidentinin ailə həyatı haqqında geniş məlumat yoxdur.

Maduro iki dəfə evlənib. İlk nikahından bir oğlu - Nicolas Maduro Querra - siyasətdə aktivdir.

Hazırkı xanımı Silia Flores Venesuelanın tanınmış siyasətçilərindəndir və onun 3 övladı da yüksək vəzifələr tutur.

İlhamə Qasımlı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri