Icma.az
close
up
RU
Trampın dəstəyini alan Putindən ABŞ yə SENSASİON TƏKLİF

Trampın dəstəyini alan Putindən ABŞ yə SENSASİON TƏKLİF

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya ABŞ-nin hərbi xərcləri yarıya qədər azaltmaq təklifini alqışlayır.

News24.az xəbər verir ki, Vladimir Putin bu məsələ ilə bağlı danışıqlara hazır olduqlarını və Çinin prosesə qarışmasının Pekinin öz qərarı olacağını bildirib.

Putin həmçinin ABŞ-a nadir torpaq metalları və alüminium ticarətində əməkdaşlıq təklif edib. Moskva Vaşinqtonun Rusiya alüminiumuna tətbiq etdiyi yüksək rüsumların kəsilməsindən sonra ticarətin bərpa olunacağı təqdirdə ildə 2 milyon ton sata biləcəyini iddia edib.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın hərbi xərcləri 50 faiz azaltmaq təklifinə açıq olduğunu bildirib.

Bundan əlavə, Putin ABŞ-a nadir torpaq metalları sahəsində əməkdaşlıq və Amerika bazarının yenidən Rusiya alüminiumuna açılmasını təklif edib.

Qeyd edək ki, Tramp bazar ertəsi Putinlə genişmiqyaslı iqtisadi əməkdaşlıq haqqında danışıqlar apardığını bildirib. Həmin gün Putin nadir torpaq metalları sənayesinin inkişafı ilə bağlı iclas keçirib.

O, görüşün yekunlarına dair açıqlamasında bildirib ki, Rusiya bu sahədə layihələrə xarici tərəfdaşları da cəlb edə bilər. "Biz amerikalı tərəfdaşlarımıza da əməkdaşlıq təklif edə bilərik. Mən təkcə dövlət rəsmilərini deyil, həm də şirkətləri nəzərdə tuturam", - deyən Putin ABŞ və Ukrayna arasında mümkün nadir torpaq metalları sövdələşməsini nəzərdən keçirməyəcəyini bildirib.

Tramp fevral ayında polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb. Putin bildirib ki, ABŞ bazarı yenidən açılsa, Rusiya ildə təxminən 2 milyon ton alüminium sata biləcək.

"Bu, qiymətlərin formalaşmasına böyük təsir göstərmədi. Amma qiymətlərin sabitləşməsi baxımından müsbət təsir göstərəcəkdi. Daha da önəmlisi, bizim ABŞ şirkətləri ilə bu sahədə birgə işləmək imkanımız var", - Putin bildirib.

ABŞ-ın alüminium idxalına tətbiq etdiyi 200 faizlik tariflərə görə Rusiya 2023-cü ildə ABŞ bazarından çıxmağa məcbur olub.

Putinin şərhləri Avropa İttifaqının Rusiya alüminiumuna mərhələli qadağa tətbiq etmək planlarını elan etməsindən dərhal sonra gəlib.

Rusiya lideri ABŞ investorlarını Şərqi Sibirdə genişmiqyaslı enerji və metal ixracı layihəsinə dəvət edib. Layihəyə su elektrik stansiyasının və irimiqyaslı alüminium istehsalı müəssisələrinin yaradılması daxildir.

"Bunlar kapital tutumlu layihələrdir. İlkin hesablamalara görə, bugünkü qiymətlərlə təxminən 15 milyard dollara başa gələcək. Amma bunları nəzərdən keçirmək olar", - Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, ABŞ şirkətlərinin Rusiyada istehsalı ABŞ bazarına alüminiumu daha sərfəli qiymətlərlə tədarük etməyə imkan verəcək.

Putin Rusiya dövlət televiziyasına müsahibəsində müdafiə büdcələrinin azaldılmasını da müzakirə edib. "Biz bunun əleyhinə deyilik. Düşünürəm ki, bu, yaxşı ideyadır: ABŞ müdafiə büdcəsini 50 faiz, biz də 50 faiz azaldacağıq. Biz bu təklifi yaxşı hesab edirik və danışıqlara hazırıq", - Putin bildirib.

Lakin Putin bu məsələdə Çinlə danışıqlara getməyəcəklərini və bunun Pekinin öz qərarı olduğunu bildirib. O, Çinin daha sonra ABŞ və Rusiya arasında razılaşmaya qoşula biləcəyini, lakin bunun Pekinin seçimindən asılı olacağını vurğulayıb.

Tramp fevralın ortalarında Ukrayna və Qəzzada müharibələr bitdikdən sonra Rusiya və Çinlə müdafiə büdcələri və nüvə silahları ilə bağlı danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.

"Biz hamımız çox pul xərcləyirik və biz onu həqiqətən daha məhsuldar olacaq başqa sahələrə yönləndirə bilərik", - deyə Tramp bildirib. O qeyd edib ki, ABŞ, Rusiya və Çinin hərbi xərcləri ümumilikdə təxminən 1 trilyon dollara çatıb ki, bu da lazımsız yük yaradır.

Aynurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri