Trampın əfv etdiyi milyarderin dəbdəbəli həyatı: Prezidentlərlə dostluq, bahalı hədiyyələr...
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”in təsisçisi Çanqpenq Jaonun həbsxanadan Əbu-Dabiyə uzanan milyarder həyatı üzə çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən əfv edilən 49 yaşlı kanadalı kriptomilyarder Çanqpenq Jao hazırda Əbu-Dabidə milyarderlər və kral ailələri ilə əhatə olunmuş dəbdəbəli həyat yaşayır.
“New York Times” qəzeti Çin əsilli Jao ilə bağlı araşdırma aparıb və onun Əbu-Dabidəki həyatını işıqlandırıb. Belə ki, Jao 2024-cü ildə ABŞ-də “çirkli pul”ların yuyulmasına qarşı qanunvericiliyi pozduğuna dair etirafdan sonra həbs edilib və 50 milyon dollar cərimələnib. O, dörd ay sonra azadlığa çıxıb. ABŞ Prezidenti Donald Tramp isə bir il sonra onu şərtsiz əfv edərək hüquqi baxımdan tam azadlığa qovuşmasını təmin edib.
Etibarını itirəcəyi gözlənilən Jao bundan sonra daha yüksək səviyyəli və dəbdəbəli həyat tərzinə keçib. Hazırda onun Əbu-Dabidə böyük villada yaşadığı, dörd mühafizəçisi və şəxsi aşpazının olduğu bildirilir. Bundan başqa, onun şəxsi təyyarəsi və “Da Moon” adlı yaxtası var. “Forbes”in məlumatına görə, Zhaonun sərvəti 100 milyard dollardan çoxdur. Jao səfər etdiyi bəzi ölkələrdə dövlət başçısı səviyyəsində qarşılanır. O, hökumətlərə kriptovalyuta tənzimləmələri ilə bağlı məsləhətlər verir və Körfəzin nüfuzlu şəxsləri ilə eyni masada əyləşir.
Məsələn, Jao Qırğızıstan Prezidenti ilə birlikdə xizək sürdüyünü və dövlət başçısının ona it hədiyyə etdiyini bildirib. Jaonun 2017-ci ildə yaratdığı “Binance” cəmi bir neçə ay ərzində dünyanın ən böyük kriptovalyuta birjasına çevrilib. Lakin şirkət fəaliyyətinin ilk illərində müştərilərdən ənənəvi bankların tələb etdiyi əsas şəxsiyyət təsdiqləmə məlumatlarını istəməyib.
Bu yanaşma nəticəsində “çirkli pul”ların yuyulması ilə məşğul olan şəxslərin, sanksiyalardan yayınanların və cinayətkar qrupların platformadan istifadə etməsinə imkan yarandığı bildirilir. Jao 2023-cü ildə çirkli pulların yuyulmasının qarşısının alınması ilə bağlı qanunvericiliyi pozduğunu etiraf edib və “Binance”in baş icraçı direktoru vəzifəsindən istefa verib. Şirkət isə ABŞ-yə 4,3 milyard dollar məbləğində cərimə ödəyib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Tramp Çanqpenq Jaon
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Oktyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















