Trampın əlində BÖYÜK KOZIR: Putin sülh masasına bu halda əyləşə bilər
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
"Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqların predmeti anti-Rusiya sanksiyalarının ləğvi ola bilər. Yeni seçilmiş prezident Donald Tramp bu məsələdən münaqişənin həllində sövdələşmə vasitəsi kimi istifadə edəcək".
Publika.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında türkiyəli analitik Serhat Lətifoğlu deyib.
“Əlbəttə, sanksiyaların ləğvi Ukrayna üzrə danışıqların hansısa mərhələsində məqama çevriləcək", - o qeyd edib.
Lətifoğlunun sözlərinə görə, müvafiq addım dərhal baş verməyə bilər, çünki Trampa Ukraynada atəşkəs lazımdır. Ekspert hesab edir ki, gələcək Amerika prezidenti Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsindən özünün "kozır"ı kimi istifadə edəcək.
Bundan əvvəl Trampın keçid qrupunun kommunikasiya direktoru Stiven Çunq demişdi ki, yalnız ABŞ prezident seçkilərində qalib gələn Tramp Rusiya və Ukraynanı danışıqlar masasına gətirə bilər.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















