Trampın Əliyevlə bağlı tarixə düşəcək cümləsi Azərbaycan liderinə dönüb dedi ki...
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Qəzza sammiti zamanı Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla dialoqu maraqla qarşılanıb. Ağ Ev rəhbəri əvvəlcə Azərbaycan Prezidenti, daha sonra Ermənistanın baş naziri ilə sülh prosesi barədə danışıb.
Tramp İlham Əliyevlə dialoqu zamanı onun çox güclü lider olduğunu və işini yaxşı gördüyünü qeyd edib.
Sitat:
“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevlə Donald Trampın səmimi görüşü iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətinin real təzahürüdür:
“Xüsusi qeyd etmək lazımdır ki, ABŞ-Azərbaycan əlaqələrinin hazırkı səviyyəsi liderlərin münasibətlərdə yaratdığı yeni ikitərəfli arxitekturadır. Ona görə də ABŞ prezidentinin azərbaycanlı həmkarına göstərdiyi münasibəti dövlətlərarası münasibətlərin səviyyəsi kimi qiymətləndirmək olar.
Məsələ ondadır ki, müharibədən sonra Azərbaycan Prezidenti dərhal sülh konsepsiyasından çıxış etdi. Lakin çox təəssüf ki, bu konsepsiya müxtəlif aktorlar tərəfindən birmənalı qəbul edilmədi.
Eyni konsepsiyaya Avropa İttifaqının (Aİ) münasibəti fərqli oldu. Regional aktorlar da buna lazımi dəyəri vermədi. Beləcə 5 il ərzində bu konsepsiya masa üzərində qaldı. Yalnız 2025-ci il avqustun 8-də ABŞ prezidentinin dəstəyi ilə bu sülh konsepsiyası qəbul edildi. Beləliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi Oval Ofisdə Trampın iştirakı ilə paraflandı.
Hikmət Babaoğlu
Uzun illərdir davam edən münaqişəyə son qoyulması, heç şübhəsiz, Ağ Ev rəhbərində bir qürur yaradır. Çünki bu, ABŞ üçün də yeni imkanlar deməkdir. Zəngəzur dəhlizinin yeni reallığı şimaldan və cənubdan bir aktorla deyil, məhz ABŞ-la əlaqəli olacaq. Bu, həm də Vaşinqton üçün Cənubi Qafqazda bir üstünlükdür. Azərbaycan Prezidentinin mövqeyi də Tramp tərəfindən düzgün qiymətləndirilir”.
Deputatın sözlərinə görə, ABŞ prezidentinin dövlət başçımız haqqında Misirdə işlətdiyi bir cümlə tarixə düşdü:
“Tramp dedi ki, Azərbaycan Prezidenti sülhsevərdir, lakin çalışın onunla münasibətləri korlamayın. Bu cümlə İlham Əliyevin xarakter və siyasətini ən mükəmməl şəkildə ifadə edir.
Həqiqətən də Azərbaycan sülhsevər ölkədir. Lakin sülhə təhdid yaranarsa, Azərbaycan Prezidentinin “dəmir yumruğu” ilə üzləşilər”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 14 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















