Icma.az
close
up
RU
Trampın əmri dünyanı QORXUYA SALDI ABŞ nüvə silahlarını İŞƏ SALIR

Trampın əmri dünyanı QORXUYA SALDI ABŞ nüvə silahlarını İŞƏ SALIR

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamaq əmrini verib.
O, hansı ölkədən söhbət getdiyini açıqlamayaraq , bildirib ki, başqaları bunu etdiyindən ABŞ da nüvə sınaqları keçirəcək. Tramp mövcud vəziyyətdə nüvə sınaqlarının keçirilməsini məqsədəuyğun hesab edib.
Eyni zamanda, Amerika lideri "nüvə tərksilahını” görmək istədiyini bildirərək, bu məsələni Rusiya ilə müzakirə etdiklərini və nəticə əldə olunsa, Çinin də onlara qoşulacağını söyləyib.
Xatırladaq ki, Rusiya bu günlərdə yeni tipli “Burevestnik” raketlərinin sınağını keçirdi. Çin isə uzun illərdir nüvə arsenalını artırmaqla məşğuldur. ABŞ isə bu günə qədər həmin məsələdə təmkinlik nümayiş etdirirdi. Lakin “Burevestnik” məsələsi gündəmə gələn kimi, ABŞ da nüvə sınaqları keçirmək qərarına gəlir. 
Trampın bu addımı Rusiyanın “Burevestnik" raketlərinə cavab təhdididir, yoxsa müharibə hazırlığı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə nüvə yarışmasının müharibəyə gətirib çıxaracağına inanmır:
“ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamaqla bağlı qərar verdiyini bəyan edib. O, bu qərarını onunla əlaqələndirib ki, digər ölkələrin nüvə sınaqları həyata keçirdiyi və nüvə arsenallarını artırdıqları dönəmdə buna ehtiyac yaranıb. Tramp eyni zamanda, onu da əlavə edib ki, əslində nüvə sınaqları keçirilməsinin əleyhinədir. Buna görə də həmin addıma məcburiyyət qarşısında getdiklərini də bildirib.
 

Amerika hərbçilərinin hesablamalarına görə, Çin öz nüvə arsenalını sürətlə artırır. 25 il əvvəl Çinin 300 nüvə başlığı var idisə, indi bu rəqəm iki dəfə artırılıb. Pekin hətta 2030-cu ilə qədər bu rəqəmi min ədədə çatdırmağı planlaşdırır. Rusiya da həmçinin nüvə silahlarını artırır, habelə onun sınaqlarını keçirir. O baxımdan Tramp 5 ildən sonra Çinin nüvə arsenalına görə ABŞ-ı keçə biləcəyilə bağlı proqnoz da səsləndirib.
 

Trampın Pentaqona verdiyi tapşırıq, indiki dönəmdə daha çox Rusiyaya ünvanlansa da, həm də Çinə verilən mesaj xarakterli açıqlamadır:
“Deməli, Rusiya və Çinin nüvə arsenalını artırmaq və bu yöndə sınaqlar keçirməsi fonunda ABŞ da öz növbəsində 33 ildən sonra yenidən nüvə sınaqlarına başlamaqla bağlı qərar verir”.
Proses müharibə həddinə gətirib çıxarmayacaq.
Həmsöhbətimizin fikrincə, Trampın, daha əvvəl isə Rusiya və Çinin nüvə məsələsində atdığı addımlar sadəcə olaraq, güc nümayişidir:
“Bu addımın müharibəyə hazırlıq olması qənaətində deyiləm. Sadəcə olaraq, bir qədər sürətli formada silahlanma prosesi gedir. Amma böyük dövlətlər də fərqindədir ki, nüvə silahından istifadə gələcəkdə bütövlükdə dünyanı məhv edə bilər. Ona görə də prosesin bu həddə gəlib çatacağına inanmıram və baş verənlər müharibə hazırlığı kimi qiymətləndirilməməlidir. Yalnız güc nümayişidir. ABŞ öz hegemonluğunu qoruyub saxlamaq üçün bu addımları atmaq məcburiyyətindədir”.
Rüfət Sultan, Bizim.Media   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri