Icma.az
close
up
RU
Trampın Ərazi Ambisiyaları: Planları Reallaşacaqmı? Rəy

Trampın Ərazi Ambisiyaları: Planları Reallaşacaqmı? Rəy

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

 ABŞ- ın yeri rəhbəri Donald Tramp yenidən gündəmə damğa vuracaq bəyanatlarla çıxış edir. O, ABŞ-ın ərazisinin əhəmiyyətli dərəcədə artacağına işarə edərək, ölkənin böyümək istiqamətində ciddi planlarının olduğunu bildirib. Tramp müharibələrə son qoyacağını, Rusiyanın Ukrayna ərazilərini işğalına yol verməyəcəyini, eyni zamanda, Çinin ərazisini böyüməyə imkan verməyəcəyini deyir. Özü isə ölkəsini genişləndirmək  fikrində israrlıdır. Lakin Rusiya və Çin kimi güclərin Trampın istəyinə uyğun hərəkət edib-etməyəcəyi hələ də sual altındadır. 2025-ci ildə bu bəyanatların arxasında dayanan planların reallaşması mümkün olacaqmı? 

Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Samir Hümbətov deyir ki, Donald Trampın ərazi genişlənməsi ilə bağlı verdiyi bəyanatlar ABŞ-ın qlobal mövqeyini gücləndirmək üçün güc tətbiq etmə niyyətindən xəbər verir:

“Tramp, Panama kanalının  ABŞ-ın nəzarətinə keçməsini, Kanadanı 51-ci, Qrenlandiyanı isə 52-ci ştat kimi görməyi planlaşdırdığını açıq şəkildə ifadə edib. Hətta Panamanı işğal edib 53-cü ştat kimi qəbul etmək istəyini belə vurğulayıb. Lakin bu mövqelər ABŞ-ın dərin dövlətinin xarici siyasət strategiyası ilə Trampın istəkləri  hər zaman üst-üstə düşmür. Digər tərəfdən, Tramp bu planları reallaşdırmağa çalışsa, qlobal miqyasda ABŞ-a qarşı aqressiv mövqe tutan bir koalisiyanın formalaşmasına səbəb ola bilər. Trampın bəyan etdiyi istəklərin həyata keçirilməsi yalnız onun fərdi qərarları ilə mümkün deyil. Bu prosesdə  ABŞ-ın daxili idarəetmə sistemi, siyasi müttəfiqləri ilə  həmrəy olmalıdırlar”.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın daxili idarəetmə sistemi, siyasi müttəfiqləri Çinlə və Rusiya ilə münasibətlərdə Trampın mövqeyini, yəni Amerikanın mövqeyini dəstəkləyə bilərlər, amma digər məsələləri həyata keçirmək  çətindir:

“Həm Çinlə, həm də Rusiya ilə  münasibətlərdə Amerika görünür ki, bir növ çox da sürətli bir şəkildə addımlar atmaq imkanına malik deyil. Trampın Ukraynaya dəstək siyasətini davam etdirəcəyi və Rusiyanın Ukraynaya tam nəzarət etməsinə imkan verməyəcəyi ehtimalı yüksəkdir. Bununla yanaşı, Tramp adminstrasiyası Ukraynanın yalnız məhdud bir ərazidə mövcudluğunu təmin etməyə çalışaraq Rusiyanın daha genişmiqyaslı irəliləyişlərinə mane olmağa çalışa bilər. Çinlə münasibətlərdə isə Tayvan məsələsi, Cənubi Çin dənizindəki gərginlik və Afrikadakı rəqabət kimi əsas mövzular diqqət mərkəzindədir. Trampın bu istiqamətlərdə sərt mövqeyi həm ABŞ-ın maraqlarını qorumağa yönəlib, həm də Çinin geosiyasi gücünü məhdudlaşdırmağı hədəfləyir. Lakin qlobal siyasətin yalnız Amerikanın istəkləri üzərinə qurulması qeyri-real görünür. 2025-ci ildə tərəflər arasında silahlı qarşıdurmadan çox, siyasi və ideoloji toqquşmaların şahidi olmaq ehtimalı daha yüksəkdir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri