Icma.az
close
up
RU
Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır

Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tramp-Ərdoğan tandemi Suriyanın gələcək taleyi və Yaxın Şərqin yenidən geopolitik dizaynı baxımından, ümidverici perspektivlər aça biləcək önəmli faktordur... Belə ki, Yaxın Şərq, eləcə də, Suriya üçün ilk dəfə olaraq, yeni şərtlər çərçivəsində indiki xaos durumundan fərqli inkişaf modeli qazanmaq imkanları açılmağa başlayıb...

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turnesinə çıxıb. Ağ Ev sahibinin Səudiyyə Ərəbistanına səfəri ilə başlayan bu turnedə regionun gələcək taleyinə yönəlik bəzi mesajlar da verilib. Xüsusilə də, prezident Donald Trampın Suriyanın müvəqqəti hökumətinin lideri Əhməd əs-Şaraa ilə görüşməsi olduqca maraqlı qənaətlərə yol açıb. Belə ki, bu görüş ilk növbədə ABŞ-ın Suriyanın yeni hökumətinin legitimliyini tanıyaraq, rəsmi Dəməşqlə əməkdaşlığa başladığını təsdiqləyir. Və bu, Suriyanın gələcək taleyi üçün yeni imkanların açılması anlamına da gəlir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi ABŞ-ın Suriyaya qarşı tətbiq eydiyi bütün iqtisadi sanksiyaların ləğv olunduğunu da bəyanlayıb. Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın bərpa olunması prosesinin uğur qazanmasında ABŞ-ın sanksiyaları ləğv etməsinin böyük önəmi olduğunu vurğulamışdı. Prezident Donald Tramp Suriya məsələsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla intensiv əməkdaşlıq etdiyini bildirib. Və bununla da, Türkiyə prezidentinin israrlı çağırışlarının ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsində həlledici rol oynadığına eyham vurub.

Ona görə də, ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etməsi və Ağ Ev sahibinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla əməkdaşlığı fonunda Yaxın Şərqdə mümkün geosiyasi dəyişikliklər böyük maraq doğurur. Çünki ABŞ-Türkiyə münasibətlərinin pozitiv mərhələyə keçirilməsi Suriyanın bərpa prosesinə, Yaxın Şərqdə sabitliyə və yeni regional geopolitik arxitekturanın formalaşmasına birbaşa təsir göstərə biləcək önəmli faktordur. Tramp-Ərdoğan tandemi çərçivəsində ortaya çıxan ortaq hədəflər, həm də bu əməkdaşlığın risk və məhdudiyyətləri baxımından da maraq doğurur.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri Yaxın Şərqdə yeni geopolitik düzənin təməlində dayanan ortaq maraqlardan da qaynaqlanır. Belə ki, Suriyaya qarşı sanksiyaların ləğvi bir sıra geostrateji, geoiqtisadi və geopolitik imkanları gücləndirə bilər. Bu, ilk növbədə Suriyaya xarici sərmayənin təşviqi, ticarət əlaqələrinin bərpası və beynəlxalq maliyyə institutlarının dəstəyi ilə ölkə iqtisadiyyatının canlanması ilə bağlı şans yaradır.

Digər tərəfdən, iqtisadi sanksiyaların ləğvi Suriyanın beynəlxalq məkanda qismən də olsa, reinteqrasiya ümidlərini artırır. Bu ümidlərin doğrulması isə yalnız iqtisadi faktorlarla deyil, həm də daxili sabitlik və regional razılaşmalarla sıx bağlıdır. Bu baxımdan, Tramp-Ərdoğan əməkdaşlığı Suriya üçün bir neçə mühüm strateji istiqamətdə təsir gücünə malikdir. Belə ki, hər iki lider Suriyada siyasi keçid prosesinə dair müxtəlif tərəflərlə təmaslarda iştirak edərək, danışıqlara birbaşa yön vermək imkanlarına malikdirlər.

Eyni zamanda, yalnız Türkiyənin təhlükəsizliyi deyil, Suriyanın unitar dövlət sisteminin bərpası üçün də böyük önəm daşıyan PYD/YPG terror təşkilatının ləğvi ilə bağlı müəyyən fikir ayrılığı mövcud olsa da, rəsmi Ankara və Ağ Ev qarşılıqlı güzəştlər yolu ilə regional təhlükəsizlik balansını təmin edə bilərlər. Üstəlik, ABŞ və Türkiyənin Suriyanın şimalında ortaq layihələr həyata keçirməsi ilə bağlı da ehtimallar mövcuddur.

Maraqlıdır ki, Tramp-Ərdoğan tandemi Rusiya və İranın həm Suriyada və həm də ümumiyyətlə, Yaxın Şərqdə təsir mexanizmlərini bloklamaq imkanlarına da malikdir. Yəni, bu əməkdaşlıq Yaxın Şərqin yenidən geopolitik dizaynı üçün olduqca ciddi potensila sahibdir. Bu isə ABŞ və Türkiyə üçün Yaxın Şərqdə ortaq hədəflərin müəyyən olunmasına da münbit şərait yarada bilər. Xüsusilə də, bu sıraya yeni regional təhlükəsizlik mexanizmlərinin qurulması və beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsini aid etmək mümkündür.

Bütün bunları nəzərə aldıqda, Tramp-Ərdoğan tandemi Suriyanın gələcəyi və Yaxın Şərqin yenidən geopolitik dizaynı baxımından, yeni perspektivlər aça biləcək önəmli faktordur. Ancaq bu tandemin gələcək fəaliyyətinin uğur qazanması üçün hazırda bəzi şərtlərin təmin olunması da vacibdir. Xüsusilə də, hazırda Yaxın Şərqdə müəyyən təsir mexanizmlərinə malik regional güclərin - Rusiya, İran, İsrail, Səudiyyə Ərəbistanı və s. - manevr imkanlarının balanslaşdırılması vacibdir. Və əgər, ABŞ-Türkiyə münasibətləri yaxın gələcəkdə inkişaf edərək, strateji məzmun alarsa, Tramp-Ərdoğan tandemi Yaxın Şərqin yenidən dizayn olunması üzrə ssenarinin ortaq müəllifinə çevrilmək şansına da malik ola bilər.

Belə anlaşılır ki, Yaxın Şərq, eləcə də, Suriya üçün ilk dəfə yeni şərtlər çərçivəsində indiki xaos durumundan fərqli inkişaf modeli qazanmaq imkanları açılmaq üzrədir. Bu imkanların əsas təməli Türkiyənin yürütdüyü regional siyasətin mötədil və müasir məzmunundan qaynaqlanır. Xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin regional siyasətinin ABŞ başda olmaqla, heç bir dövlətin maraqlarına zidd olmadığına Ağ Ev sahibi Donald Trampı da inandırmağı bacarması həlledici məqamdır. Və indi Tramp-Ərdoğan tandemi həm Suriya, həm də bütövlükdə Yaxın Şərq üçün böyük geopolitik şansa çevrilməyə başlayıb.(Yeni Müsavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri