Trampın ətrafı Zelenskini Fransaya qaçmağa çağırdı
Icma.az, Bakupost-ə istinadən məlumat verir Trampın ətrafı Zelenskini Fransaya qaçmağa çağırdı.
ABŞ Prezidenti Donald Trampın çevrəsində Ukrayna dövlət başçısı Vladimir Zelenskini dəstəkləyənlər azdır və onun təcili olaraq Ukraynanı tərk etməli olduğuna inanırlar.
Bakupost.az xəbər verir ki, bu barədə "Nyu York Post" yazıb.
Nəşr bildirib ki, Zelenskinin Ağ Evin yeni rəhbərinin çevrəsində az sayda tərəfdarı var.
“Zelenski və dünya üçün ən yaxşı seçim onun dərhal Fransaya getməsi olardı”, - jurnalist Trampa yaxın olan adı açıqlanmayan mənbədən sitat gətirib.
Qeyd edək ki, son günlər ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskiyə qarşı bir sıra sərt açıqlamalar verib. Ağ Ev sahibi onu "diktator" adlandırıb və seçki keçirməkdən imtina etməkdə ittiham edib.Trampın fikrincə, Zelenski münaqişəni davam etdirmək istəyir ki, “qazanc mənbəyini” qoruya bilsin.
Lalə, BakuPost

