Icma.az
close
up
RU
Trampın Fələstin planı: Sürgün təklifi və beynəlxalq reaksiyası

Trampın Fələstin planı: Sürgün təklifi və beynəlxalq reaksiyası

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp fələstinlilərin ərəb ölkələrinə sürgün edilməsi təklifini irəli sürüb.

O, bu ölkələri Qəzzanı “təmizləmək” və fələstinliləri “müvəqqəti” və ya “uzunmüddətli” yerləşdirmək üçün daha çox insan qəbul etməyə çağırıb. HƏMAS Trampın bu təklifini qətiyyətlə rədd edib və ərəb-islam ölkələrindən, xüsusilə Misir və İordaniyadan da eyni mövqeyi nümayiş etdirmələrini istəyib. Bəyanatda Qəzzada soyqırımın davam etdiyi, fələstinlilərin köçürülmə və sürgün planlarına boyun əyməyəcəyi vurğulanıb. Tramp İordaniya kralı II Abdullahla bu barədə danışdığını və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcəyini bildirib. O, “Ərəb ölkələri ilə bir araya gəlib fələstinlilər üçün başqa bir yerdə evlər tikməyə üstünlük verərdim” deyə qeyd edib. Qeyd edək ki, Trampın son dövrlərdə atacağı riskli addımlar, miqrant siyasəti və enerji sahəsindəki planları dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Tramp birinci prezidentlik dönəmində də fərqli və maraqlı siyasi fiqur təsiri bağışlayırdı.

Partiya rəhbəri bildirib ki, Tramp ilk prezidentlik dövründə də çoxları üçün gözlənilməz olan bəyanatlarla, konkret addımlarla yadda qalmışdı: 

"Onsuz da Trampın biznes fəaliyətinə də nəzər yetirsək, görərik ki, ABŞ prezidenti fərqli və bəzən də bəsit yanaşmaları ilə hər zaman diqqət çəkməyi bacarıb. Təbii ki, ABŞ dünyanın super gücüdür. Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq, ABŞ prezidentinin ifadələri, işlətdiyi sözlər beynəlxalq mətbuatda, dünya ictimaiyyətində böyük maraq, hətta rezonans doğurur. Dünyanın siyasi, hərbi-iqtisadi cəhətdən və təsir imkanları baxımından ən güclü dövlətinin başında duran şəxsin açıqlamalarının geniş müzakirəsi təbii qarşılanmalıdır. Yəni qeyri-ciddi yanaşılacaq bəyanatlar deyil".

Tural Abbaslı: Donald Tramp danışan nüvə silahları olan ABŞ prezidentidir

Onun sözlərinə görə, Trampın Qrenlandiya ilə bağlı söylədiyi fikirlər buna bariz nümunədir:

"ABŞ rəhbərindən başqa kimsə desəydi ki, Qrenlandiyanı öz ölkəsinə birləşdirəcək, yəqin ki, ona gülərdilər. Ancaq ABŞ prezidentinin bu məsələni gündəmə gətirməsindən sonra Danimarka, Qrenlandiya və əksər dövlətlər bunu ciddiyə alaraq bəyanatla çıxış etdilər. O baxımdan Trampın Qəzzanı, oradakı müsəlman ərəbləri Misirə köçürmək niyyəti də ciddiyə alınmalıdır". 

Həmsöhbətimiz Trampın Amerika Birləşmiş Ştatlarını ÜST-dən, Paris İqlim Sazişindən çıxartdığını xatırladıb: 

"İndi də Avropanı NATO-dan çıxmaqla təhdid edir. Sözünə qulaq verilməlidir, çünki danışan nüvə silahlarının düyməsi əlində olan ABŞ prezidentidir. Dünya iqtisadiyyatının nəbzi də ABŞ-də döyünür. Ancaq bir məsələ də var ki, Tramp dediyi hər şeyi reallaşdıra bilməz. Dünyada siyasi-iqtisadi və hərbi baxımdan oturuşmuş bir düzən var. Elə məsələlər var ki, Tramp belə dəyişdirə, poza bilməz. Tramp vədlərinin ən azı yarısını edə bilməyəcək. Ümid edirik ki, Tramp administrasiyası dünyada yeni müharibələrə, münaqişələrə, dağıdıcı hadisələrə səbəb olmaz".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri