Trampın fələstinlilərlə bağlı təklifi qəbul ediləcək? Politoloq açıqladı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağırıb. Tramp bu təklifi, ilk olaraq İordaniya kralı Abdullahla telefon danışığı zamanı səsləndirib.
Bu dövlətlərin Trampa cavabı necə olacaq?
Redaktor.az xəbər verir ki, bununla bağlı Elxan Şahinoğlu bildirdi ki, Tramp bu təklifi ona görə səsləndirib ki, Qəzzada salamat bina qalmayıb, insanların bu şəhərdə yaşamaları üçün heç bir şərait yoxdur.
"Böyük dövlətlərin Qəzzanın yenidən qurulması üçün milyardlarla dollar ayıracağı isə sual altındadır. Çünki, İsrail ordusunun gələcəkdə Qəzzanı bombalamayacağına dair təminat yoxdur. İordaniya onsuz da uzun onilliklərdir ki, ölkədə 2 milyondan çox fələstinliyə sığınacaq verib.
Ancaq bu o demək deyil ki, Misir və ya İordaniya bəri başdan təklifi rədd ediblər. Misirin xarici borcu yüz milyardlarla dollardır. Bu borcun silinməsi qarşılığında Qahirənin fələstinlilərin bir hissəsini qəbul etməsi ehtimalı var. Misal üçün Misir prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının 2017-ci ildə Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib. Aydındır ki, Qahirə bu hədiyyənin qarşılığında maliyyə əldə edib".
Politoloqun fikrincə, Qəzza əhalisinin başqa dövlətlərdən birinə köçürülməsi İsrailin də işini rahatladacaq. Ancaq bu qısa müddətdə həll olunası məsələ deyil.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Yanvar 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















