Icma.az
close
up
RU
Trampın gəlişi dünyaya nə vəd edir? Yaxın Şərqdə, Ukraynada...

Trampın gəlişi dünyaya nə vəd edir? Yaxın Şərqdə, Ukraynada...

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Trampın iqtidara gəlməsi dünya siyasətində bir sıra məsələlərə təsir edə bilər. Düşünmürəm ki, Amerikanın dünya siyasətində köklü dəyişikliklər olsun.Tramp Ukrayna münaqişəsini bitirəcəyini desə də, bu, mümkün olmayacaq.Ən azında onun iddia etdiyi kimi çox qısa zamanda həll olunacaq məsələ deyil. Tramp münaqişəni Amerikanın maraqlarına uyğun şərtlərlə həll edə bilər.Şərtlər tamamilə Amerikanın maraqlarına xidmət edəcəyi üçün nə Ukrayna, nə də Rusiya buna isti baxacaq.Bəlkə də Ukraynanı silahsız buraxmaqla buna razı salmaq olar. Ancaq Vladmir Putinin Trampın şərtlərinə razılıq verəcəyini düşünmürəm". 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. 
"Hazırda yaxın Şərqdə ABŞ ciddi problemlərlə üzləşib. Tramp yox, Benjamin Franklin də dirilib gəlsə, problemləri qısa müddətdə həll edə bilməz.ABŞ yaxın Şərq siysətində çox ciddi xətalar buraxdı. Vaşinqtonun özü haqqında formalaşdırdığı "Ədalət mərkəzi" kimi fikirlər artıq əhəmiyyətini itirib. ABŞ-ni artıq dost olaraq görmürlər. AntiAmerika qüvvələrinin sayı hər gün artmaqdadır.Türkiyə, İran kimi regional güclər AntiAmerika koalisiyası yarada bilirlər. Tramp yaxın Şərq siyasətini dəyişdirməyə çalışsa da, alınmayacaq. Qüvvələrini tamamilə çıxarmaq da mümkün olmayacaq".
O bildirib ki, ABŞ-nin yaxın Şərqdən qüvvələrini çıxarması özünün impiçmenti ilə də nəticələnəcək qədər ciddi məsələdir:
"Tayvan, Koreya, Çinlə ikili mübarizə məsələlərində də artıq Trampın əli o qədər də güclü deyil. Çin qısa müddətdə çox ciddi iqtisadi tərəqqi yaşadı. ABŞ ilə mübarizə aparacaq güc formalaşdıra bilib. 
Co Baydenə nisbətən Donald Tramp daha qorxulu imaj formalaşdıra bilib.Onun nə zaman nə edəcəyi bəlli olmur. İqtisadiyyatı yaxşı bilir, ani manevrlar etməyi bacarır. ABŞ-nin müttəfiqləri də bundan qorxurlar.ABŞ nə qədər çətin günlər keçsə də, iqtisadi resursları, hərbi imkanları, diplomatik manevrləri dünyanın ilk sırasındadır. ABŞ iqtisadiyyatda əvvəlki ağırlığını geri qaytara bilər.Ancaq bu həlledici rol oynamayacaq. Tramp nail olmaq istədiyi hər şeyə nail ola bilməyəcək. Artıq təkqütblü dünya sistemi sıradan çıxmış sayılır.Çin, Rusiya regional səviyyədə öz sözünü deyir. Yaxın Şərqdə Türkiyə bir dönəm Osmanlının əlində olan ipləri yenidən əlində cəmləşdirməyə başlayıb. Afrika siyasətində Qərb istənilmir.Latın Amerikası ölkələri qlobal cənub bayrağı altında azadlıq müharibəsi verirlər. Hindistan Qərbdən faydalanmaqla birlikdə Qərbə qarşı addımlar ata biləcəm güc əldə edib.Bütün bunlar fonunda Tramp bir sıra məsələlərdə uğursuz olacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri