Icma.az
close
up
RU
Trampın gizli Moskva kanalı üzə çıxdı FOTO

Trampın gizli Moskva kanalı üzə çıxdı FOTO

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə münasibətləri dalandan çıxarmaq üçün qeyri-adi diplomatik kanaldan istifadə etdiyi üzə çıxıb. Ağ Evdə memarlıq məsələləri ilə məşğul olan və Trampın yeni bal zalı layihəsində iştirak edən Rodni Mims Kuk-kiçik yayda Rusiyaya əvvəlcədən açıqlanmayan diplomatik missiya ilə gedib və Kremlin nümayəndələri ilə görüşüb.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb.

Nəşrin məlumatına görə, səfərdən əvvəl Kuka diplomatik pasport verilib və onun üçün ətraflı brifinqlər keçirilib.

Məsələnin diqqətçəkən tərəfi odur ki, Moskva hələ iyunda Kukun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (PMİEF) ABŞ-ın rəsmi nümayəndəsi kimi gəldiyini açıqlamışdı. Vaşinqton isə həmin vaxt bunu faktiki olaraq təsdiqləməmişdi. ABŞ dövlət katibi Marko Rubio forumda Amerika nümayəndə heyətinin iştirakından xəbərsiz olduğunu bildirmişdi.

FT-nin mənbələri isə indi Kremlin həmin vaxt səsləndirdiyi versiyanı təsdiqləyirlər.

ABŞ Təsviri İncəsənət Komissiyasına rəhbərlik edən Kuk iyunda Sankt-Peterburqa gəlib. Ona diplomatik mühafizə ayrılıb və forumdakı açıq tədbirlərdən əlavə, Rusiya rəsmiləri ilə danışıqlar keçirib. Görüşdüyü şəxslər arasında Vladimir Putinin müşaviri, PMİEF-in təşkilinə də cavabdeh olan Anton Kobyakov olub.

FT yazır ki, Tramp administrasiyası Kuk kimi qeyri-ənənəvi vasitəçilərin Moskva ilə Vaşinqton arasındakı əlaqələri dalandan çıxarmağa kömək edə biləcəyinə ümid edirdi.

Kukun özü isə səfərini daha çox “mədəniyyət səfəri” kimi təqdim edib. PMİEF-də keçirilən sessiyalardan birində o, Atlantadakı evinin şəkillərini rusiyalı iştirakçılara göstərərək onu “daça” adlandırıb və evin rus taxta memarlığı ənənələrinə uyğun tikildiyini söyləyib.

Amerikalı məmurun Rusiya ilə əlaqələrinin yeni olmadığı da məlum olub. Kuk 1990-cı illərdən etibarən Rusiyaya səfər etdiyini, rus kilsələrinin, ictimai binaların və malikanələrin bərpasında iştirak etdiyini bildirib. O, FT-yə görüşlərindən birində çoxlu “köhnə dostlarının”, o cümlədən ABŞ sanksiyaları altında olan şəxslərin iştirak etdiyini də söyləyib.

Kuk Putinin mədəniyyət məsələləri üzrə keçmiş müşaviri Vladimir Tolstoy ilə birlikdə ABŞ-ın Rusiyadakı ilk elçisi olmuş Con Kuinsi Adamsın qızının məzarını da ziyarət edib.

Lakin səfərin ən maraqlı epizodlarından biri birbaşa Putin-Tramp mesajlaşması ilə bağlıdır.

PMİEF-in Putinlə keçirilən plenar iclasında Kuk Rusiya prezidentinə “dostunuz Prezident Trampdan böyük salamlar” çatdırıb və Moskva ilə Vaşinqton arasında müzakirə edilməli “çoxlu ideyaların” olduğunu söyləyib.

Putin isə cavabında Kuka Trampa çatdırmaq üçün xokkey şaybası verib.

Kukun sözlərinə görə, o, şaybanı sonradan Ağ Evdəki Oval kabinetə apararaq Trampın məşhur “Resolute Desk” masasının üzərinə qoyub və bu, ABŞ prezidentini əyləndirib.

FT Kukun səfərinin birbaşa Trampın tapşırığı olub-olmadığını müəyyənləşdirə bilməyib. Amerikalı məmur prezidentin şəxsən ona Kremllə əlaqə yaratmaq göstərişi verib-vermədiyi barədə suala cavab verməkdən imtina edib. Rusiyaya yenidən gedib-getməyəcəyi barədə isə belə deyib: “Çoxlu müraciətlər var. Hazırda bunun üzərində işləyirik”.

Ağ Ev FT-yə bildirib ki, ABŞ müharibəni dayandırmaq məqsədilə hər iki tərəflə danışıqları davam etdirir və Tramp sülh razılaşmasının mümkünlüyünə nikbin yanaşır.

Kukun Moskvada müzakirə etdiyi ideyalardan biri isə xüsusilə qeyri-adidir. O, mədəni tədbirlərdən atəşkəs üçün vasitə kimi istifadə etməyi, musiqinin köməyi ilə müvəqqəti atəşkəs əldə etdikdən sonra danışıqları sülh müqaviləsinə doğru aparmağı təklif edib.

Hadisənin tarixçəsi də FT-nin məlumatını daha maraqlı edir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov hələ iyunun 2-də bir neçə ildən sonra ilk dəfə PMİEF-ə rəsmi ABŞ nümayəndə heyətinin gələcəyini və ona Rodni Kukun rəhbərlik edəcəyini açıqlamışdı.

Vaşinqton isə bunu açıq şəkildə təsdiqləməyib.

Sonradan Kuk özü “The New Yorker”ə müsahibəsində səfərin “yumşaq diplomatiyanın” bir hissəsi olduğunu etiraf edib.

Beləliklə, FT-nin yeni məlumatları göstərir ki, zahirən mədəni xarakterli səfər kimi təqdim olunan Kukun Rusiya missiyası əslində Tramp administrasiyasının Kremllə birbaşa əlaqə kanallarını bərpa etmək cəhdinin bir hissəsi olub./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri