Trampın gizli planı üzə çıxdı: İrana görə xüsusi təlimatlar verildi
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İrandan ona qarşı mümkün sui-qəsd cəhdi olacağı təqdirdə həyata keçiriləcək xüsusi təlimatlar hazırladığını açıqlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə o, "The New York Post" qəzetinə müsahibəsində bildirib.
"Mən uzun müddətdir ki, onların hədəf siyahısındayam. Müvafiq təlimatlar vermişəm. Əgər mənə bir şey olarsa, onları indiyədək görmədikləri dərəcədə bombalamalıdırlar", - deyə Tramp vurğulayıb.
İyulun 8-də Donald Tramp İran rəhbərliyinin onu öldürməyə cəhd göstərə biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.
CNN-nin yaydığı məlumata görə, Vaşinqton və Tehran arasında gərginliyin pik həddə çatması fonunda rəsmi təhlükəsizlik xidmətləri Trampın cümə axşamı Ankaradakı NATO sammitindən qayıdışı zamanı onun yeni avialaynerdən istifadə etməsini qadağan ediblər. Mühafizə tərəfi mövcud vəziyyətdə dövlət başçısının təhlükəsizliyini qorumaq üçün köhnə təyyarə modelinin daha əlverişli olduğunu düşünərək bu addımı atıb.
"The Wall Street Journal" qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, İsrail kəşfiyyatı İranın ABŞ prezidentinə qarşı yeni sui-qəsd planı nəzərdən keçirdiyinə dair təkzibolunmaz məlumatları və casus hesabatlarını rəsmi Vaşinqtonla bölüşüb.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl də sui-qəsd cəhdləri ilə üzləşib. 2024-cü ildə Pensilvaniyada prezidentliyə namizəd olduğu dövrdə ona qarşı silahlı hücum edilmişdi. Hadisə nəticəsində Trampın qulağı yaralanmış, mitinq iştirakçılarından biri həlak olmuş, daha iki nəfər isə ağır yaralanmışdı. Hücum edən şəxs ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən zərərsizləşdirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 10 İyul 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















