Trampın hansı qərarı verəcəyini dəqiq proqnoz etmək çətindir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İran-ABŞ münasibətlərində həmişə arxa qapı mövzusu aktual olub. Görünüşdə düşmən hərəkətlərin əksər hallarda danışıqlı proseslərlə sonlandığının şahidi olmuşuq. Bir-birinə zərbələrin öncədən xəbər verilməsi, vurulacaq yerlərin bildirilməsi, həmin mövqelərin boşaldılması və s.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, son 12 günlük müharibə dövründə ABŞ-ın məhdud sayda mövqelərə zərbə endirməsi, əsasən nüvə obyektlərinə olsa da, sonradan bunun uğursuz olduğunun etiraf edilməsi də onu deməyə əsas verir ki, bu zərbələrin vaxtı da əvvəlcədən bəlli olub:
"Hazırda İran ətrafında yaranmış hərbi vəziyyət İrana qarşı hərbi müdaxilənin olacağından xəbər verir. Türkiyənin vasitəçiliyi ilə gözlənilən ABŞ-İran görüşü bu hərbi müdaxiləni təxirə sala bilər. Nüvə məsələsi həll edilərsə bu müdaxilə olmayacaq. Digər məsələlər sonra aydınlaşdırıla bilər. Hesab edirəm ki, regionda baş verməsi real görünən hərbi vəziyyət bütün region ölkələri üçün arzuolunmazdır. ABŞ da bu səbəbdən müttəfiq hesab etdiyi ölkələrin tələbləri ilə razılaşmalıdır. Trampın hansı qərarı verəcəyini dəqiq proqnoz etmək çətindir. Amma Tramp hesab etsə ki, mütləq qələbə olacaq, bu əməliyyatı keçirəcək".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Fevral 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















