Trampın hədəsinə Kremldən taktiki cavab: “Hələ alınmamış” siqnallar gözləyirik
Icma.az bildirir, Publika.az portalına istinadən.
Kreml ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı razılaşmanın əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədələrinə münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.
Peskov bildirib ki, Kreml Trampın bəyanatında “xüsusilə heç bir yeni element” görmür.
O, Trampın “sanksiya üsullarını bəyəndiyini” və ilk müddətində belə vasitələrə “ən çox müraciət edən Amerika prezidenti” olduğunu söyləyib.
Peskov əlavə edib ki, Rusiya Trampın birinci dövründə “baş tutan” “bərabər” dialoqa hazırdır. O, eyni zamanda Rusiyanın “hələ alınmamış” siqnallar gözlədiyini bildirib.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















