Icma.az
close
up
RU
Trampın hegemonluq planları Çin səddi nə tuş gəlib: Ağ Ev indi Pekinə ərəb dünyasından hücum edir

Trampın hegemonluq planları Çin səddi nə tuş gəlib: Ağ Ev indi Pekinə ərəb dünyasından hücum edir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ hazırda Çinlə maliyyə-iqtisadi alətlər üzərindən qarşıdurmanı dərinləşdirmək niyyətindən tədricən imtina etməyə meylli görünür... Prezident Donald Tramp ABŞ-a trilyonluq iqtisadi sazişlər qazandıran  Körfəz səfəri sayəsində Çinlə "ticarət müharibəsi"ni ərəb dünyasına keçirir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-da Tramp adminstrasiyası hakimiyyətə gəldikdən sonra Ağ Evin xarici siyasət kursu təməldən dəyişməyə başlayıb. Belə ki, hazırda ABŞ-ın onilliklər boyu can atdığı geostrateji hədəflər artıq Ağ Ev üçün qlobal prioritetlər sırasına daxil deyil. Əksinə, Ağ Ev vaxtilə ABŞ-ın təhlükəsizlik maraqlarına təhdid hesab etdiyi faktorları prioritet hədəflərin sırasına yerləşdirib. Və bu baxımdan, ABŞ-ın həm müttəfiqləri, həm də düşmənləri formal xarakter daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası ABŞ-ın qlobal düşmənləri arasında ilk üçlüyə daxil olan Rusiya ilə daha fərqli münasibətlər qurmaq cəhdləriylə diqqəti çəkir. Halbuki, Kremldə Rusiyanın ABŞ-la Tramp adminstrasiyasının yaxınlaşma ssenariləri ilə daha strateji tərəfdaşlıq qura biləcəyinə qətiyyən inanmırlar. Ona görə də, Kreml Tramp adminstrasiyası ilə müəyyən normallaşma prosesində maraqlı olsa da, bu əməkdaşlığın Rusiyanın "qırmızı cizgilər"indən kənara çıxmasını istəmir. Və hazırda Tramp adminstrasiyasının buraxdığı geopolitik boşluqlardan faydalanmağa daha çox üstünlük verir.

Təbii ki, Ağ Evin Rusiya da daxil olmaqla, ABŞ-ın ənənəvi qlobal rəqiblərinə münasibətdə fərqli siyasi kursa keçməsi mövcud dünya düzəninin təməl prinsiplərinə sarsıdıcı zərbələr vurur. Eyni zamanda, ABŞ-ın ənənəvi strateji müttəfiqlərinin və tərəfdarlarının təhlükəsizlik maraqlarını təhdid edir. Ona görə də, hazırda Avropa Birliyi, NATO və bəzi nüfuzlu Qərb dövlətləri ilə ABŞ arasında kəskin ziddiyyətlər ön plana keçməyə başlayıb. Və hətta bu ziddiyyətlər onilliklər boyu müttəfiqliyin təməlini təşkil edən "tərəfdaşlıq körpüləri"nin uçurulmasına səbəb olmaqdadır.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının geopolitik prioritetləri hərbi-siyasi faktorlara bağlı deyil. Əksinə, Ağ Ev hazırda ABŞ-ın qlobal hegemonluğunu daha çox maliyyə-iqtisadi faktorlar üzərindən təmin etməyə çalışır. Tramp adminstrasiyası hesab edir ki, yalnız maliyyə-iqtisadi faktorlar ilə gücləndirilmiş qlobal hegemonluq toxunulmaz qala bilər. Və ona görə də, bütün dünya iqtisadiyyatı məhz Ağ Evdən idarə olunmalıdır, qlobal maliyyə kanalları da birbaşa ABŞ-a istiqamət almalıdır.

Maraqlıdır ki, Tramp adminstrasiyasının yaxın perspektiv üçün əsas prioritet təşkil edən qlobal mənfəət hədəfləri dəqiqləşdirilib. Belə ki, zəngin təbii və kənd təsərrüfatı resurslarına malik Kanada ABŞ-ın tərkibinə daxil olmalıdır. Qrenlandiya, Panama boğazı və s. ABŞ-ın nəzarətinə keçməlidir. Avropa Birliyinin yeganə iqtisadi-ticari partnyoru ABŞ olmalıdır. Rusiyanın Qərb şirkətlərindən boşalmış iqtisadi istehsal məkanı ABŞ korporasiyaları ilə doldurulmalıdır.

Digər tərəfdən, Tramp adminstrasiyası zəngin "maliyyə qaynağı" sayılan ərəb dünyasına da böyük maraq göstərir. Ağ Evdə ərəb dövlətlərinin maliyyə resurslarının ABŞ-a axınının təmin edilməsinin mümkün planları qurulur. Prezident Donald Trampın Körfəz ölkələrinə son səfər turnesində bu planın reallaşdırılmasına başlanıldı. Səudiyyə Ərəbistanı iki trilyon dollar həcmində iqtisadi-ticari sazişlər imzalandı. Ağ Ev sahibi "növbəti dayanacaq"da - Qətərdə də iki yüz milyardlıq sazişə imza artırdı. Və bu prosesin digər ərəb dövlətləri üzərindən də davam etdiriləcəyinin açıq mesajları verilir.

Ancaq Tramp adminstrasiyasının qlobal maliyyə-iqtisadi hegemonluq prioritetləri qarşısında ciddi və nəhəng rəqib də mövcuddur. Belə ki, Ağ Ev hələlik Çinlə iqtisadi-ticari sahədə rəqabət aparmaqda, daha doğrusu, rəsmi Pekini küncə sıxışdırmaqda çətinlik çəkir. Hətta Tramp adminstrasiyası Çinlə prinsipial olaraq, necə davranmalı olduğunu dəqiqləşdirə bilməyib. Çünki Çin hazırda ABŞ-da və Ağ Evin hədəfində olan regionlarda əsas investorlar sırasına daxildir. Və iki ölkə arasında dərin iqtisadi-ticari bağlar mövcuddur.

Təbii ki, Tramp adminstrasiyası "Çin səddi"ni ümid bəslədiyi kimi asan aşıla bilməyəcəyini artıq anlamağa başlayıb. Ona görə də, Çinə qarşı gömrük rüsumlarının artırılmasına ABŞ-ın aldığı cavab reaksiyası Ağ Evi geri çəkilmək məcburiyyətində buraxdı. Üstəlik, Ağ Evin dünya ölkələrinə qarşı gömrük artırma siyasəti məhz Çinin maraqlarına uyğun proseslərə səbəb oldu. Və nəticədə Avropa Birliyi də daxil olmaqla, ABŞ-ın iqtisadi-ticari təzyiqlərinə məruz qalan dövlətlər alternativ olaraq, Çinlə tərəfdaşlığa yönəldilər.

Ona görə də, Ağ Ev hazırda rəsmi Pekinlə maliyyə-iqtisadi alətlər üzərindən qarşıdurmanı dərinləşdirmək niyyətindən tədricən imtina etməyə meylli görünür. Hətta prezident Donald Tramp Çinlə bəzi məsələlərlə bağlı anlaşmanın mümkün ola biləcəyini də qabartmağa üstünlük verir. Ağ Ev sahibi xarici siyasət və iqtisadiyyat məsələləri ilə bağlı müzakirələr üçün Pekinə səfər etməyə hazır olduğunu bəyan edib. Onun fikrincə, əgər, Çin lideri Si Thsinpinlə danışıqlar aparsa, iki ölkə arasında mövcud olan bir çox ziddiyyət səbəbini nizamlamaq mümkün ola bilər. Və o, Çinlə normal münasibətlərin ABŞ üçün əhəmiyyətli olduğunu da etiraf edib.

Ağ Ev sahibi ikinci prezidentlik müddəti dövründə dəfələrlə Çin lideri ilə dialoqa cəhd göstərdiyini də bildirib. Prezident Donald Tramp hesab edir ki, "ticarət müharibəsi"ndə müvəqqəti "atəşkəs" razılaşması fonunda ABŞ və Çin liderlərinin telefon danışığı da mümkün ola bilər. Çünki iki ölkə arasında qüvvədə olan 90 günlük razılaşma çərçivəsində Ağ Ev Çin məhsullarına tətbiq etdiyi tarifləri 145 faizdən faizə endirib. Rəsmi Pekin isə buna cavab olaraq, ABŞ mallarına qoyduğu rüsumları 10 faiz həddinə salıb.

Digər tərəfdən, prezident Donald Tramp ABŞ-a nəhəng iqtisadi-ticari sazişlər qazandıran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə etdiyi səfərləri Çinin bu regiona təsir imkanlarına qarşı önəmli addım kimi dəyərləndirib. Onun fikrincə, səfər etdiyi dövlətlər məhz Çinə doğru istiqamət almışdı, ancaq bu səfərdən sonra belə bir ehtimal artıq qalmayacaq. Ağ Ev sahibi ərəb dövlətlərinin ABŞ-ın təsir dairəsində qalmasının vacib olduğuna əmindir. Bütün bunlar onu göstərir ki, ABŞ hazırda keçilməsi çox çətin olan "Çin səddi"nə tuş gəlib. Və Tramp adminstrasiyası hazırda bu səddin açılması üçün ən optimal yolların axtarılması ilə məşğuldur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri