Icma.az
close
up
RU
Trampın icrasını dayandırdığı 907 ci düzəliş nə deməkdir? 33 illik qadağanın SONU

Trampın icrasını dayandırdığı 907 ci düzəliş nə deməkdir? 33 illik qadağanın SONU

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində “Freedom Support Act” qanununun 907-ci maddəsinin tətbiqini dayandıran sənədi imzalayıb.

Bəs bu sənədin mahiyyəti nə idi və Azərbaycan üçün 907-ci düzəlişin ləğvi nəyə görə mühüm məna kəsb edir?

Yenisabah.az bildirir ki, 907-ci düzəliş və ya 907-ci maddə - 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır. pizza sifarişi

Geniş qəbul edilmiş fikrə görə, erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. Lakin tarixşünaslıqda digər səbəblərə də diqqət yetirilir. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirib.

Senat 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişdən imtina etmək imkanını təmin edən düzəlişi qəbul edib. Həmin vaxtdan qadağanın ləğvi qüvvədə idi.

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı "blokadası"nı dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılıb. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etsə də, düzəliş Konqres tərəfindən qəbul edilib.

Qeyd edək ki, həmin dövrdə ABŞ-də Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.

Sabiq prezident və vitse-prezident vəzifəsində çalışan Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.

2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. Lakin düzəliş ləğv edilməyib.

Düzəlişin dayandırılması başlıca olaraq iqtisadi əməkdaşlığı genişləndirəcək. ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaq üçün real addımlar atacaqlar. Ümumiyyətlə ABŞ prezidenti Donald Trampın imzaladığı qərar ABŞ-Azərbaycan münasibətlərinə müsbət mənada ciddi təsir göstərəcək. ABŞ-nin regionda daha fəal rol oynamasına səbəb olacaq. Bir sözlə bu tarixi qərar ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün başlanğıcı olacaq. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri