Trampın iddiası yalan çıxdı Hindistana neft ixracı davam edir
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Hindistana Rusiya neftinin tədarükü heç bir fasilə olmadan davam edir.
Bunu Rusiyanın "TASS" agentliyinə açıqlama verən Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Rusiya neftinin Hindistana göndərilməsinin dayandırılıb-dayandırılmadığı ilə bağlı suala cavabında deyib.
Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın Hindistan Baş naziri Narendra Modinin Rusiyadan xam neft alımını dayandıracağına dair “təminat verdiyi” barədə bəyanatından sonra gəlib.
Hindistan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, enerji təchizatı sahəsində ABŞ ilə dialoq davam edir, lakin ölkənin enerji siyasəti ilk növbədə Hindistan istehlakçılarının maraqları əsasında formalaşır.
Xatırladaq ki, ABŞ Ukrayna müharibəsindən sonra Rusiyadan ən çox neft idxal edən ölkələrdən biri olan Hindistana qarşı bu ticarəti əsas gətirərək 50 faiz gömrük rüsumu tətbiq etmişdi.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















