Icma.az
close
up
RU
Trampın İran planı: Belə diz çökdürmək istəyir

Trampın İran planı: Belə diz çökdürmək istəyir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-İran gərginliyi artan xətt üzrə davam etməkdədir. Ağ Ev Tehranı nüvə proqramı ilə bağlı istədiyi sazişin imzalanmasına vadar etmək üçün siyasi, iqtisadi təzyiq diplomatiyası ilə yanaşı, hərbi-psixoloji təhdidi artırmaqdadır. 

Birincisi, Vaşinqton siyasi-diplomatik təzyiq yolu ilə Tehranı beynəlxalq dəstəkdən məhrum edib təklənmiş vəziyyətə salır.

İkincisi, iqtisadi-maliyyə sanksiyaları ilə ölkə daxilində sosial-iqtisadi-maliyyə böhranını dərinləşdirib daxili müqavimət gücünü zərərsizləşdirməyə çalışır.

Üçüncüsü, hərbi-psixoloji təzyiq vasitəsilə həm Tehranı yaxın Şərqdəki təsir dairəsindən tam məhrum etmək, həm də nüvə proqramı ilə bağlı istədiyi sazişin əldə olunması niyyətindədir.  

Ağ Evin Tehrana hərbi-psixoloji təzyiq taktikası isə bir neçə variantdan ibarətdir:

- İranı saziş imzalamağa məcbur etmək üçün hərbi təhdid dili ilə hədələyir;
- İranın bölgədəki proksi güclərinə qarşı davamlı əməliyyatlar həyata keçirir. İsrailin Qəzzada və Livanda HƏMAS-a, “Hizbullah”a, ABŞ-nin Yəməndə husilərə qarşı aktiv hücumları bu planın tərkib hissəsidir;
- ABŞ İran ətrafında hərbi mövcudluğunu gücləndirmək yolunu seçib. Bu məqsədlə bölgəyə əlavə hərbi qüvvələr, xüsusən də “USS Carl Vinson" təyyarədaşıyan və digər gəmilərini göndərib. 

ABŞ bu cür təzyiq metodlarından istifadə etməklə Tehranın nəbzini yoxlayır.  

ABŞ ilə İran arasında birbaşa hərbi qarşıdurma ssenarisi gündəlikdə olsa da, bu o qədər də real görünmür. Çünki birbaşa hərbi qarşıdurma ABŞ-nin və onun bölgədəki müttəfiqlərinin də maraqlarına uyğun deyil. Lakin çəkindirici metod kimi hər hansı lokal hücumların və ya hansısa hərbi obyektlərə raket zərbəsi endirməsi ola bilər.

Ağ Evin bu təzyiq taktikası tədricən öz nəticəsini verməkdədir. Bunun nəticəsidir ki, Tehran Vaşinqtonla danışıqlara razılıq verib. Hesab edirəm ki, Ağ Ev hər hansı açıq hərbi qarşıdurmaya getmədən Tehranı beynəlxalq təcrid etmək yolunu seçməklə, daha doğrusu Moskva və Pekinin dəstəyindən məhrum etməklə, iqtisadi sanksiya və hərbi-psixoloji təzyiq yolu ilə istəyinə nail ola bilər.

Mürtəza Bünyadlı
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri