Icma.az
close
up
RU
Trampın İran planı məlum oldu

Trampın İran planı məlum oldu

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp İranın ABŞ-ni və hətta Avropa ərazilərini vura biləcək raketlər üzərində işlədiyini və nüvə fəaliyyətlərini davam etdirdiyini bildirib. O, İranla bağlı məsələdə diplomatiyaya üstünlük verdiyini desə də, bu ölkənin nüvə silahına sahib olmasına imkan verməyəcəyini vurğulayıb. Tramp həmçinin qeyd edib ki, heç bir dövlət ABŞ ordusunun qətiyyətinə şübhə etməməlidir. 
Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Donald Trampın Konqresdə İranla bağlı səsləndirdiyi fikirlər diqqət çəkir:
“Çıxışda ABŞ-nin artıq dünyanın yeni lideri olduğu, Amerikanın güclü və qətiyyətli ordusuna malik olduğu, eyni zamanda İranın diplomatik danışıqlarda ABŞ qarşısında geri çəkilməyə məcbur qalacağı mesajları verilir. Lakin mövcud vəziyyət göstərir ki, İran öz prinsipial mövqeyindən geri çəkilmir. ABŞ-İran münasibətlərindəki bu gərginlik Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa mənfi təsir göstərir. Hər iki tərəf danışıqlara açıq olduğunu desə də, real nəticə əldə olunmur. Oman və İsveçrədə keçirilən görüşlər də bunu açıq şəkildə sübut etdi. Burada əsas problem fundamental xarakter daşıyır. İran uranın zənginləşdirilməsindən imtina etmir və bu proqramın yalnız mülki, elmi və tibbi məqsədlərə xidmət etdiyini bildirir. ABŞ isə bu arqumentləri qəbul etmir və İrandan daha ciddi güzəştlər gözləyir”.
O bildirib ki, Tramp administrasiyasının İran qarşısında geri addım atması Amerikanın geosiyasi mövqeyinin zəifləməsi və faktiki olaraq məğlubiyyət kimi qiymətləndirilə bilər:
“Konqresdəki çıxış da onu göstərir ki, ABŞ yeni qlobal güc mərkəzi formalaşdırmaq niyyətindədir və bu mövqenin sarsılmaz olması üçün İranın Amerika tələblərini qəbul etməsi gözlənilir. Hazırkı proseslər göstərir ki, Yaxın Şərqdə yeni siyasi və təhlükəsizlik arxitekturası əsasən ABŞ və İsrail tərəfindən dizayn olunur. Bu kontekstdə Türkiyənin rolunu da istisna etmək olmaz. Trampın bu cür sərt ritorikası regionda gərginliyi daha da artırır və İran tərəfi də mümkün hərbi ssenarilərə hazırlaşdığını gizlətmir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri