Trampın İrana hücum etirafı beynəlxalq məhkəmələrdə araşdırılmalıdır XİN
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bu gün keçirdiyi həftəlik mətbuat konfransında mövcud vəziyyəti qiymətləndirdi.
Trampın sionist rejimin İrana hücumda birbaşa rol oynadığı barədə açıqlaması ilə bağlı: “ABŞ Dövlət Katibi əvvəllər bu hücumda heç bir rollarının olmadığını və bunun sionist rejimin birtərəfli hərəkəti olduğunu bildirmişdi. Beynəlxalq cinayətin törədildiyini belə açıq şəkildə etiraf etmək ABŞ hökumətinin tam məsuliyyətini tələb edir”, - deyə qeyd edib.
ABŞ Prezidentinin iddiasını dərhal Birləşmiş Millətlər Təşkilatı və BMT Təhlükəsizlik Şurasına təqdim etdiklərini, ABŞ və İsrailin cinayətlərini sənədləşdirmək üçün görülən digər tədbirlərlə yanaşı: "Bu etiraf beynəlxalq məhkəmələrdə Amerikanın bu təcavüz aktında iştirakının açıq əsaslarından biri kimi qəbul edilməlidir.
Biz sionist rejimin və ABŞ-ın hərbi təcavüzünün sənədləşdirilməsi məsələsini ciddi şəkildə araşdırırıq. Bundan əlavə, ABŞ-a qarşı şikayətlər və məhkəmə iddiaları qaldırmaq üçün bütün mövcud beynəlxalq yolları araşdırırıq. Bu məsələ Prezidentin Hüquq İdarəsi və Məhkəmə Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində ciddi şəkildə araşdırılır", - deyə o qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















