Trampın “Kart yoxdur” dediyi Ukrayna indi qaydaları dəyişir
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi təzə başlayanda Ukraynaya “kartları olmayan oyunçu” kimi baxanlar çox idi.
Amma müharibə təkcə səngərdə deyil, texnologiyada, iqtisadi dayanıqlıqda, diplomatik masada və siyasi iradədə də yazılır.
Bu gün masadakı kartlar yenidən paylanır və görünən odur ki, Kiyev artıq oyunun qaydalarını dəyişdirə bilən tərəfə çevrilməkdədir.
Gununsesi.info Arif Hacılının təqdim etdiyi bu baxışda Ukraynanın dəyişən hərbi-siyasi çəkisi, Rusiyanın zəifləyən imkanları və Qərbin, xüsusilə ABŞ siyasətinin qarşısında yaranan yeni reallıq diqqət mərkəzinə çıxır.
“Tramp deyirdi ki, Zelenskinin “kartları yoxdur”. İndi vəziyyət xeyli dəyişib. Ukrayna müasir hərbi qarşıdurmada həlledici rol oynayan dron texnologiyaları sahəsində önə çıxıb. Bu üstünlük təkcə hücum imkanları ilə məhdudlaşmır, eyni zamanda dron hücumlarına qarşı müdafiə sahəsini də əhatə edir. Ukrayna regionun ən güclü dövlətləri ilə hərbi-sənaye sahəsində mühüm müqavilələr bağlayır. Ordunun şəxsi heyətinin sayı artıq milyona yaxınlaşır. Bu ilin əvvəlindən etibarən döyüş bölgəsində təşəbbüs də Ukrayna tərəfinə keçib. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi-sənaye obyektlərinə və neft infrastrukturlarına zərbələri intensivləşib. Artıq Ukrayna sərhədindən 1500 km uzaqlıqda yerləşən neft obyektlərinə belə zərbələr endirilir. Rusiyanın iqtisadiyyatı çökür. ABŞ daxilində də hakimiyyətin nüfuzuna ən böyük zərbələrdən biri Tramp administrasiyasının Ukraynaya dəstək məsələsində tutduğu mövqe ilə bağlıdır. Tramp praqmatik siyasətçidir. Əgər xüsusi başqa səbəblər yoxdursa, Ukraynanın “güclü kartlara” malik olduğunu hər gün daha çox nümayiş etdirdiyi bir şəraitdə, bu ölkəyə yardım məsələsində mövqeyini dəyişməlidir.
Baxış sayı:182
Bu xəbər 01 May 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















