Icma.az
close
up
RU
Trampın keçmiş köməkçisinin nədə ittiham olunduğu açıqlanıb

Trampın keçmiş köməkçisinin nədə ittiham olunduğu açıqlanıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton ən azı 18 maddə üzrə məxfi məlumatlarla yanlış işləməkdə ittiham olunur.

"Report"un məlumatına görə, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

Konkret olaraq, o, məxfi məlumatların üçüncü şəxslərə ötürülməsi ilə bağlı səkkiz faktda, eləcə də bu cür sənədlərin qeyri-qanuni saxlanması ilə bağlı on faktda şübhəli bilinir.

Bolton təqsirli bilinərsə, onu hər bir cinayətə görə maksimum 10 il cəza gözləyir.

Açıqlamaya görə, prezidentin keçmiş köməkçisi məxfi sənədləri şəxsi elektron poçt və öz mesajlaşma hesabları vasitəsilə ötürüb.

Bu materiallarda ABŞ Silahlı Qüvvələrinin hələ həyata keçirilməmiş əməliyyatları haqqında məxfi məlumatlar, həmçinin ABŞ-ın düşmənləri, xarici liderlər, ABŞ administrasiyasının xarici siyasəti haqqında məlumatlar olub.

Mənbələrə görə, Bolton gizli məlumatları həyat yoldaşı və qızı ilə e-poçt yazışmalarında paylaşmış ola bilər.

Bu arada "The New York Post" qeyd edib ki, Bolton Ağ Evi tərk etdikdən sonra xarici siyasətlə bağlı materialları bilərəkdən üçüncü tərəflərə ötürüb.

Boltonla bağlı xəbəri şərh edən ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, o, ittihamlardan indicə xəbər tutub və keçmiş milli təhlükəsizlik müşavirini "pis adam" adlandırıb.

Sentyabrın 24-də Politico-nun məhkəmə sənədlərinə istinadən verdiyi məlumata görə, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Boltonun evində axtarış apararkən məxfi sənədlər aşkar ediblər. Bu sənədlər kütləvi qırğın silahlarına, ABŞ-ın BMT-dəki missiyasına və "ABŞ hökumətinin strateji kommunikasiyalarına" aiddir. Bəzi sənədlərdə "gizli" və ya "məxfi" işarəsi qoyulub. Onlar "Boltonun Vaşinqtonun mərkəzindəki ofisində" tapılıb.

Qeyd edək ki, avqustun 22-də Boltonun evində və ofisində axtarış aparılıb, kompüterlər və digər elektron cihazlar götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri