Trampın komandası Kim Çen Inla birbaşa danışıqların mümkünlüyünü qiymətləndirir
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası yeni diplomatik təkan çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla birbaşa danışıqların aparılması imkanını nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin səylər silahlı qarşıdurma riskini azalda bilər.
Agentliyin mənbələri vurğulayıb ki, Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas kommunikasiya kanallarını bərpa etməkdir. Lakin gələcək siyasi əlaqələr və onların qrafiki hələ qurulmayıb. Materialda həmçinin deyilir ki, Şimali Koreya ilə birbaşa məsləhətləşmələrin təşkilinin Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı problemləri səbəbilə arxa plana keçməsi ehtimalı var.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















