Trampın komandasında türk namizəd
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Medicare” və “Medicaid Services” Mərkəzinin (dövlət orqanı) sədri vəzifəsinə amerikalı həkim Mehmet Özün namizədliyini irəli sürüb.
News24.az xəbər verir ki, Tramp qərarını “Truth Social” sosial şəbəkə səhifəsində elan edib.
Tramp ABŞ-ın ciddi sağlamlıq böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Mehmet Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.
Doktor Özün Harvard Universitetində başlayan təhsil səviyyəsini və karyerasını xatırladan Tramp onun Amerika səhiyyə sistemində bir çox problemləri həll edə biləcəyini vurğulayıb.
“Medicare” ABŞ-da 65 yaş və daha yuxarı insanlar üçün hökumətin tibbi sığorta proqramıdır və “Medicaid” aztəminatlı ailələri tibbi sığorta ilə təmin edən federal və ştatın birgə səhiyyə proqramıdır.
2023-cü ildə ABŞ federal hökuməti “Medicaid”ə 860 milyard dollar, “Medicare”ə isə 848 milyard dollar ayırıb.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















