Trampın köməkçiləri Netanyahu ilə söhbətin detallarını açıqlamayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner İsraildədir və Vaşinqtonun Qəzza müharibəsini bitirmək üçün hazırladığı 20 maddəlik planın irəlilədilməsi səylərini müzakirə edirlər.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, onların İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşləri səmərəli olub.
Qeyd edək ki, ABŞ cümə axşamı “Yeni Qəzza” adlı planı elan edib. Bu plan Qəzzanın sıfırdan yenidən qurulmasını nəzərdə tutur və burada yaşayış qüllələri, məlumat mərkəzləri və dənizkənarı istirahət zonaları yer almalıdır. Bu addım ABŞ Prezidenti Donald Trampın İsrail və HAMAS arasında olan atəşkəsin tez-tez pozulması ilə bağlıdır.
Jurnalistlərə məlumat verən ABŞ rəsmiləri bildiriblər ki, administrasiya İsraillə sıx əməkdaşlıq edərək sonuncu girovun – Ran Qvilinin cəsədinin geri qaytarılması üzərində işləyir.
Brifinqdə iştirak edən ABŞ rəsmilərindən biri qeyd edib ki, Trampın köməkçiləri Netanyahu ilə Qəzzanın silahsızlaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səyləri də müzakirə etməyi planlaşdırırlar.
Baş nazirin ofisi Netanyahu-nun Uitkoff və Kuşnerlə görüşdüyünü təsdiqləyib və görüşdə Qəzza atəşkəsinin ikinci mərhələsinin müzakirə olunduğunu bildirib, lakin əlavə detalları açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 25 Yanvar 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















