Trampın kriptovalyutası ABŞ prezidentinə nə qədər gəlir gətirib? Məbləğ açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp və komandası onun adı ilə bağlı kriptovalyuta layihəsi sayəsində əhəmiyyətli maliyyə nəticələri əldə ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Newsmax" telekanalı məlumat verib.
Məlumata görə, $TRUMP tokeninin ticarət komissiyalarından əldə edilən ümumi gəliri istifadəyə verildiyi yanvar ayından bəri 324.5 milyon dolları keçib.
Maraqlıdır ki, təkcə son iki gündə layihə 900 min dollara yaxın gəlir gətirib. Ən böyük token sahibləri üçün xüsusi tədbirin elan edilməsindən sonra kriptovalyutanın bazar dəyəri rekord həddə çataraq 2.7 milyard dollara çatıb.
Elan edilmiş proqrama əsasən, ən çox $TRUMP tokeninə sahib olan 200 investor prezidentlə şam yeməyinə eksklüziv dəvət alacaq. Ən yaxşı 25 sahibkar üçün isə xüsusi imtiyaz nəzərdə tutulub - Trampla VIP görüş və Ağ Evə şəxsi tur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















