Trampın kürəkəni Ağ Evə qayıtmayacaq
Icma.az, Gununsesi saytına istinadən bildirir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşner Ağ Ev rəhbərinin yeni administrasiyasına qayıtmayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən yazır.
“Cared Kuşner yeni administrasiyada Ağ Evə qayıtmayacaq, lakin Yaxın Şərqdəki siyasət məsələləri ilə bağlı məsləhət verə bilər” – deyə nəşr vurğulayıb.
Nəşrin yazdığına görə, Kuşner Trampın baş müşaviri kimi Yaxın Şərq sülh planının yaradılmasında, eləcə də İsraillə bir sıra ərəb dövlətləri arasında diplomatik əlaqələr quran İbrahim sazişləri üzrə danışıqlarda mühüm rol oynayıb.
Trampın andiçmə mərasimindən sonra ərəb dünyasında İsraillə diplomatik əlaqələri olan ölkələrin sayını artırmağa çalışacağı gözlənilir.
Daha əvvəl məlum olmuşdu ki, Tramp öz övladlarını öz administrasiyasındakı vəzifələrə yenidən təyin etməyəcək.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















