Icma.az
close
up
RU
“Trampın kürəkəni Albaniyada dəbdəbəli kurort tikir: ölkədə kütləvi etirazlar başlayıb“ BBC

“Trampın kürəkəni Albaniyada dəbdəbəli kurort tikir: ölkədə kütləvi etirazlar başlayıb“ BBC

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Etirazçılar layihənin təbiətə ciddi zərər vuracağını bildirir və hökumətin istefasını tələb edirlər..."

Albaniyada ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli iri turizm layihəsi ətrafında qalmaqal böyüyür. Paytaxt Tiranada minlərlə insan artıq bir həftədən çoxdur ki, etiraz aksiyalarına çıxır.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Narazılığın səbəbi nədir?

Etirazlara səbəb Adriatik dənizi sahilində yerləşən qorunan təbiət zonasında tikinti işlərinin başlanması olub. Kuşnerlə əlaqəli şirkət burada lüks kurort kompleksi inşa etməyi planlaşdırır. Layihə Albaniyanın cənubundakı Zvernets yarımadasını və yaxınlıqdakı Sazan adasını əhatə edir.

Burada hotellər, villalar, restoranlar, yaxta limanı və əyləncə obyektlərinin tikilməsi nəzərdə tutulur. Etirazçılar isə hesab edirlər ki, genişmiqyaslı tikinti milli park statusuna malik əraziyə və dəniz ekosisteminə ciddi ziyan vuracaq.

Tələblər genişlənir

Aksiyalar təkcə layihəyə qarşı etirazla məhdudlaşmır. Nümayişçilər 13 ildir hakimiyyətdə olan baş nazir Edi Ramanın istefasını da tələb edirlər. Etiraz iştirakçılarının sözlərinə görə, həm hakimiyyət, həm də müxalifət layihə ətrafında yaranmış vəziyyətə görə məsuliyyət daşıyır.

Onlar ölkədə yeni siyasi nəslin formalaşmasını istəyirlər. İlk qarşıdurmalar mayın sonunda tikinti sahəsinin hasarlanması və əraziyə buldozerlərin gətirilməsi zamanı baş verib. Sonradan etirazlar paytaxt Tirana küçələrinə yayılıb.

Hökumət nə deyir?

Baş nazir Edi Rama bildirib ki, narahatlıqlar üçün hələ əsas yoxdur. Onun sözlərinə görə, layihə tam təsdiqlənməyib və ekoloji təsirlə bağlı yekun qiymətləndirmə prosesi davam edir. Bununla belə, hökumət layihəyə "strateji investor" statusu verib.

Bu status bir sıra razılaşdırma və tender prosedurlarının sadələşdirilməsinə imkan yaradır. Maraqlıdır ki, layihə ilə bağlı əsas qərarlar Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən dərhal sonra - 2024-cü ilin dekabrı və 2025-ci ilin yanvarında qəbul edilib. Bu isə Albaniyada əlavə suallar və mübahisələr yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 İyun 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri