Trampın Makrona hörmətsiz münasibətindən sonra Fransada onun istefasını tələb edirlər
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hurriyyet.az "Lenta.ru" portalına istinadla xəbər verir ki, Makronun ABŞ-da hörmətsiz qarşılanması ilə əlaqədar Fransada növbədənkənar seçkilər keçirilməsi çağırışı səsləndirilib.
"Ayağa qalx, Fransa" partiyasının lideri Nikolya Düpon-Enyan Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfəri zamanı baş verənlərin "alçaldıcı" olduğunu söyləyib.
Fransa Prezidenti Emmanuel Makronun avtomobili Ağ Evə yanaşdığı zaman ABŞ Prezidenti Donald Tramp çıxıb onu qarşılamaqdan imtina edib.
lideri Nikolya Düpon-Enyan X səhifəsində yazıb: "İllərlə davam edən yaltaqlıqdan sonra bu, necə də alçaldıcıdır... Fransa müstəqil düşünməyi dayandırdıqda, axırı belə olacaqdı".
O, "müstəqil Fransanın meydana çıxması" üçün təcili surətdə ölkədə növbədənkənar prezident seçkilərini təşkil etməyə çağırıb.
Xatırladaq ki, Makronun Vaşiqtona rəsmi səfərinin məqsədi Ukrayna münaişəsi ilə bağlı məsələləri Trampla birlikdə müzakirə etmək, onu Rusiya ilə ikitərəfli sülh danışıqları aparmaqdan imtina etməyə çağırmaq olub. Lakin danışıqlardan sonra Makron Rusiya ilə ABŞ prezidentlərinin danışıqlarını dəstəklədiyini bəyan edib.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















