Icma.az
close
up
RU
Trampın məhkəmə iddiası rədd edildi

Trampın məhkəmə iddiası rədd edildi

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Florida ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın “The Wall Street Journal” nəşrinə qarşı qaldırdığı şərəf və ləyaqətin qorunması ilə bağlı 10 milyard dollarlıq iddiasını rədd edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə nəşr öz saytında məlumat yayıb.

Bildirilib ki, iddia 2025-ci ilin iyulunda “The Wall Street Journal”da dərc olunan məqalə ilə bağlıdır. Belə ki, həmin məqalədə Trampın qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynə hədiyyə etdiyi iddia olunan açıqcadan bəhs edilib. Yazıda həmçinin Trampın açıqcanı Epşteynə göndərdiyini inkar etdiyi və nəşri məhkəmə ilə hədələdiyi də qeyd olunub. 

Hakim Darrin Geylsin qəbul etdiyi məhkəmə qərarına əsasən prezidentin vəkilləri böhtan faktını sübut edə bilməyiblər. Belə ki, hakim məqalənin hazırlanması zamanı jurnalistlərin şərh üçün Trampın özünə, ABŞ Ədliyyə Departamentinə, eləcə də Federal Təhqiqatlar Bürosuna müraciət etdiklərini bildirib. Məhkəmə bunu araşdırma aparmaq cəhdi kimi qiymətləndirib.  

Bununla belə, dövlət başçısı iddiasını dəqiqləşdirməklə aprelin 27-dək yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. 

Qeyd edək ki, 2025-ci ilin sentyabrında bu açıqcanın fotoşəklini ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan deputatları dərc ediblər. Üzərində çılpaq qadın bədəninin silueti təsvir olunmuş açıqca “Ceffri” və “Donald” arasında dialoqu əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri