Trampın moderatorluğu ilə Ermənistanla böyük sülh sənədi imzalamaq lazımdır RƏY
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ-dan, AB-dən Ermənistana gələn qrantlar xeyli azalacaq deyə, bu ölkədə siyasi mübarizə daha maraqlı hal alacaq. Kremlin isə Ermənistanda həm açıq, ayaqda olan, həm də “yatmış”, istənilən anda hərəkətə keçə bilən “hücrələri” var.
Əgər Ermənistan mediasında Ukraynada olan mənzərəyə yaxın maliyyələşmə varsa (Ukraynada medianın 90% qrantlarla ayaqda qalır), qonşumuzdakı media və sivil toplum özünə yeni maliyyə mənbələri axtarışına çıxacaq. Bu an Rusiyanın erməni oliqarxlarının pulu işə düşə bilər. Yəni, zatən Ermənistanın, guya, Rusiyadan uzaqlaşdığı mif idi, indi bu mif də dağıla bilər ki, bu da bizə xeyirli deyil.
Sherg.az xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Ermənistanda hakimiyyət dəyişiklikləri 2026-da reallaşa bilər:
“Məncə, ona qədər Ermənistanla məhz elə ABŞ-ın, Trampın moderatorluğu ilə böyük sülh sənədi imzalamaq lazımdır və bu təklif rəsmi Bakıdan gəlməlidir – biz təklif edək, görək İrəvan bundan imtina edə biləcəkmi...”
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri gələn iş keçiriləcək.
Baxış sayı:137
Bu xəbər 09 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















