Icma.az
close
up
RU
Trampın müşaviri Zelenskiyə danışıqlar üçün 3 şərt irəli sürüb

Trampın müşaviri Zelenskiyə danışıqlar üçün 3 şərt irəli sürüb

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vaşinqton Kiyevə səxavətli dəstək verir, lakin hərbi əməliyyatları sonsuza qədər davam etdirmək mümkün deyil”

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında danışıqları bərpa etmək üçün Ukrayna lideri üç şərti yerinə yetirməlidir. Bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Ağ Ev Zelenskinin fevralın 28-də Oval kabinetdə baş verən mübahisədən peşman olduğunu və Ukrayna Prezidentinin minerallarla bağlı sazişi imzalamağa və sülh danışıqlarında iştirak etməyə hazır olması lazım olduğunu söylədiyini eşitmək istəyir: “Düşünmürəm ki, biz çox şey istəyirik”.

O qeyd edib ki, Oval kabinetdə yaranmış vəziyyət Zelenskinin sülh yolu ilə nizamlanma məsələlərini müzakirə etmək istəmədiyini nümayiş etdirdi.

“Zaman onun tərəfində deyil. Amerikanın səbri sonsuz deyil, onların maliyyə resursları sonsuz deyil, silah-sursat ehtiyatları da tükənməz deyil", - Vals əlavə edib.

Eyni zamanda, Trampın müşaviri qeyd edib ki, Vaşinqton Kiyevə “səxavətli dəstək” verir, lakin “hərbi əməliyyatları sonsuza qədər davam etdirmək mümkün deyil”.

Vals həmçinin Ukrayna ilə ABŞ arasında uğursuz iqtisadi razılaşmadan bəhs edib. Onun fikrincə, bu, ölkələr arasında uzunmüddətli iqtisadi əməkdaşlığı təmin edə bilərdi, lakin Zelenski “ölkəsinə pis xidmət etdi”.

Həmçinin “Fox News” Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, Zelenski ictimaiyyətdən üzr istəməyincə minerallarla bağlı saziş üzrə danışıqlar davam etməyəcək.

“Bu məsələ Zelenski kamera qarşısına çıxana və Oval kabinetdəki mübahisəyə görə açıq-aydın üzr istəməyincə dondurulmuş qalacaq”, - kanalın mənbəsi bildirib.

Fevralın 28-də Ağ Evdə Tramp və Zelenski arasında görüş olub. Danışıqlar zamanı Ukrayna Prezidenti Rusiya Prezidenti Vladimir Putinlə dialoqun əleyhinə çıxış edərək, Moskvanın əvvəllər bağlanmış sülh sazişlərini pozması ilə bağlı çoxsaylı halları xatırladıb. Lakin Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Vens bu mövqeyi münaqişəni sona çatdırmaq istəməməsi kimi qiymətləndiriblər və başlayan mübahisə nəticəsində Ukrayna Prezidentini göstərilən hərbi yardıma görə nankorluqda ittiham ediblər. Nəhayət, görüş erkən bitib və Zelenski faydalı qazıntıların çıxarılması ilə bağlı strateji əhəmiyyətli saziş imzalamadan Ağ Evi tərk edib.

Danışıqlardan sonra Tramp “Truth Social” şəbəkəsində yazıb və Zelenskinin “sülhdə maraqlı olmadığını” deyib. Çünki o, ABŞ-ın hərbi dəstəyinə arxalanmağa davam edib və bu, ona əlavə üstünlüklər verib.

Zelenski mübahisəni şərh edərkən belə bir dialoq əsasında güclü münasibətlər qurmağın mümkün olmayacağını bildirib: “Əminəm ki, bu vəziyyət keçəcək və qarşıda daha vacib işlər var. Əgər hamımız konstruktiv olmağa davam etsək, düşünürəm ki, müsbət nəticə əldə edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri