Icma.az
close
up
RU
Trampın namizədləri seçkidə qalib gəldi Respublikaçılar Konqresdə daha da möhkəmləndi

Trampın namizədləri seçkidə qalib gəldi Respublikaçılar Konqresdə daha da möhkəmləndi

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çərşənbə axşamı Floridada ABŞ Konqresinin Nümayəndələr Palatasına nümayəndələr seçmək üçün keçirilən növbədənkənar seçkilərdə hakim Respublikaçılar Partiyasının iki namizədi qalib gəlib.

2024-cü ilin noyabrında keçiriləcək seçkilərdən sonra bu səsvermə Ağ Evə və Konqresə nəzarət edəcək ABŞ prezidenti Donald Tramp və Respublikaçılar Partiyasının populyarlığının ilk sınağı kimi qiymətləndirilib.

Prezident Trampın respublikaçı konqresmenlər Maykl Vals və Mett Qeti öz administrasiyasında vəzifələrə təyin etməsindən sonra Nümayəndələr Palatasında iki yer boş qalıb. Diqqətin böyük hissəsi kampaniyasına 12 dəfə çox pul xərcləyən respublikaçı Rendi Fine və demokrat Coş Veyl arasındakı yarışa yönəlmişdi. Demokratların namizədi 14 xalla uduzub və bu, partiyada nikbinliyə səbəb olub. Çünki noyabrda keçirilən seçkilərdə Respublikaçı namizəd Maykl Vals 30 xalla rəqbindən üstün idi.

Respublikaçı Cimmi Patronis da Mett Qetinin təmsil etdiyi rayonda Demokratik rəqibini məğlub edib. Prezident Tramp hər iki namizədin qızğın tərəfdarı olub. Ənənəvi olaraq mühafizəkar respublikaçı seçicilərin olduğu bu rayonlarda respublikaçıların qələbəsi gözlənilirdi. Bu qələbə nəticəsində Respublikaçılar Nümayəndələr Palatasında 220, Demokratlar isə 213 yerə sahib olacaqlar.

Növbədənkənar seçkinin digər diqqətçəkən nəticəsi Viskonsin Ali Məhkəməsinə seçkilərdə Demokratlar Partiyasının namizədinin qələbəsi olub. Syuzan Krouford seçki kampaniyası zamanı namizədliyini milyarder İlon Maskın 25 milyon dollar ianə ilə dəstəklədiyi respublikaçı Bred Şimel üzərində inamlı qələbə qazanıb. Bu, məhkəmə seçkiləri tarixində görünməmiş məbləğdir. Üstəlik, Mask “fəal hakimlər” əleyhinə petisiya imzalayan istənilən ştat sakininə 100 dollar, seçki məntəqəsinin yanında fotosunu təqdim edən seçicilərə isə 50 dollar təklif edib.

Viskonsin Ali Məhkəməsi Respublikaçı namizədlərə Konqres seçkilərində üstünlük verən ştat konqres dairələrinin qanuniliyinə etiraz edən iddiaya baxacaq. Hakim Kroufordun seçilməsi ştatın Ali Məhkəməsində səs çoxluğunu demokratlara verəcək.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri